Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Ekspertdən Azərbaycanın AB ilə saziş imzalaycağına spektik yanaşma

Ekspertdən Azərbaycanın AB ilə saziş imzalaycağına spektik yanaşma

“Şərq Tərəfdaşlığı” hər bir üzvünü daha da güclü edəcək. Bunu Avropa İttifaqının (Aİ) nümayəndəsi deyib. Aİ rəsmisi, həmçinin, bəyan edib ki, imzalanacaq yeni sazişin yekun mətnində Azərbaycanın və digər üzvlərin mənafeləri tam əks olunub. O bildirib ki, qurum münaqişələrin həlli istiqamətində göstərilən səyləri dəstəkləyir: “Şərq Tərəfdaşlığı sammiti çərçivəsində də bu dəstək bir daha ifadə olunacaq”.
Aİ rəsmisi Azərbaycanla münasibətlərə dair qeyd edib ki, ötən sammitdən bu yana Azərbaycanla münasibətlərdə irəliləyişlər əldə olunub: “Biz hazırda hərtərəfli yeni saziş üzrə danışıqlar aparırıq. Bu saziş daha əvvəl mövcud olan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi əsasında inkişaf etdiriləcək. Ümid edirik ki, bu danışıqlar tezliklə yekunlaşacaq. Biz, həmçinin, Azərbaycanla Aviasiya sazişini paraflamağı planlaşdırırıq”.
Diplomat Azərbaycanın Aİ üçün vacib enerji təminatçısı olduğunu da bildirib: “Enerji effektivliyi vacib məsələdir və “Şərq Tərəfdaşlığı” sammitinin vacib hissələrindən biridir”.
Göründüyü kimi, Aİ rəsmiləri yeni sazişdə həm ölkəmizin, həm də digər üzvlərin mənafelərinin təmin olunacağını qeyd edirlər. Bu necə mümkün ola bilər?

Avropa qurumları ilə sıx əməkdaşlıq edən politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə bildirdi ki, Avropa İttifaqı ölkələri və “Şərq Tərəfdaşlığı”nın (ŞT) altı ölkəsi – Ukrayna, Azərbaycan, Gürcüstan, Moldova, Belarus və Ermənistan noyabrın 24-də Brüsseldə beşinci sammitə toplaşacaq: “Məsələn, 50 milyon əhalisi və 9 milyon əhalisi olan dövlətlərə eyni standartlar nəzərdə tutulursa, burada ciddi fikir ayrılıqlarının olacağı təbiidir. Bir fakta diqqət edək. Saziş imzalanan konkret sənəddir. Yekun bəyannamə sazişin məğzi, şərtləri haqqında imperativ məlumat xarakterli razılaşmadır. Bir tədbirdə yekun bəyannamə imzalana bilər. Amma sazişin şərtləri barədə müzakirə davam etdirilə bilər. Yəni yekun bəyannamə ilə saziş bir-birinin davamı olan sənədlərdir. Əvvəlki, dördüncü sammit 2015-ci il mayın axırında Riqada olub. Avropa məmurları və ekspertləri keçən iki il yarımdan artıq vaxtda “Şərq Tərəfdaşlığı”nın durumunu müəyyənləşdirmək imkanı verən çox böyük işlər görüblər ki, bu da Avropa Parlamentinin bu günlərdə qəbul etdiyi qətnamədə əksini tapıb. Birinci və başlıca vəzifə qoyulub: 2020-ci ilə doğru “Şərq Tərəfdaşlığı”nı qoyulmuş 20 əsas vəzifənin icrasına yönəltmək. Sıradakı yönlər müəyyən olunub: iqtisadi inkişaf və bazar imkanları, dövlət institutları və cəmiyyətin möhkəmləndirilməsi. Bunların hamısı Avropa İttifaqının şərq qonşuları ilə münasibətlərinə yeni dinamika vermək üçün nəzərdə tutulub.

İkincisi. Aİ ilə assosiasiya haqda sazişləri olan və “aydın şərtlərin icrasından sonra Avropa yolunda əsaslı tərəqqi sərgiləyən” ölkə kimi bəzi iqtisadi imtiyazlar vəd olunan ölkələrdən Gürcüstan, Moldova və Ukrayna ayrıca qrupa seçilib.
Üçüncüsü. “Təkcə müxtəlif sürətlərlə hərəkət etməyən, həm də Aİ ilə əməkdaşlıqda müxtəlif səylərə malik olan” Belarus, Azərbaycan və Ermənistan özəl yarımqrupa salınıb.
Bu zaman qeyd etmək önəmlidir: Avropa ekspertləri hesab edirlər ki, Belarus və Azərbaycan kimi ölkələrdə Avropa modeli üzrə siyasi və yaxud sosial-iqtisadi transformasiyalar baş vermir, Ukrayna və Moldova isə “rus təhlükəsi” bəhanəsilə praktik gündəliyi bilə-bilə “geopolitika” ilə əvəzləməyə çalışırlar. Bütövlükdə isə ŞT-nin altı ölkəsini bir ümumi, lakin müxtəlif cür motivləşdirilmiş amil birləşdirir: geopolitikanı birinci, Brüsselin məcbur etdiyi daxili islahat proqramlarını isə yalnız ikinci və ya üçüncü mövqeyə çıxarmaqla gündəlikdə öz şərhlərini irəli çəkmək cəhdləri. Bəziləri hesab edirlər ki, “Şərq Tərəfdaşlığı” ölkələrinin assosiasiya haqda saziş çərçivəsində öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə hazır olmaması Aİ tərəfindən maliyyələşmənin dondurulmasına, ya da müqavilənin müəyyən hissələrinin dayandırılmasına aparmalıdır.

Hətta Bakı Aİ ilə assosiasiya haqda sazişi imzalamaq imtinasını bununla izah edib ki, sənədin preambulasında Azərbaycanın ərazi bütövlüyünün saxlanması haqda xatırlatma yoxdur. Brüssel aralıq variantı təklif edib – mövcud münaqişələri adbaad ayırmamaq və beynəlxalq hüququn prinsip və normaları əsasında münaqişənin dinc həllinə cəhdləri gücləndirməyə çağırmaqla bu və ya digər problemi konkret göstərmədən ümumi formulə ilə kifayətlənmək. Nəticədə nə oldu? Ermənistan başqa məsələdir. Birincisi, onun Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyi Avropanınkı ilə bütünlüklə üst-üstə düşür. İkincisi, Avropa ekspertləri hesab edirlər ki, “Şərq Tərəfdaşlığı” formatında Ermənistanla Gürcüstan arasında kommunikasiya əlaqələrini genişləndirmək olar. Üçüncüsü, bütün əlamətlərə görə, Rusiya İrəvanın hərəkətində özünə qarşı oyun görmür, axı Ermənistan Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olaraq özünün strateji seçimini artıq müəyyənləşdirib. İndi Gürcüstanla alyans bazasında AİB-lə Aİ arasında körpü qurmaq şansı meydana çıxır. Ola bilər ki, Aİ rəsmilərinin qənaəti bununla bağlıdır ki, hamı sazişdən razı qalacaq. Ancaq biz buna konkret cavabı yekun sənəd açıqlanandan sonra verə biləcəyik. Şəxsən mən bütün tərəflərin sənəddə mənafelərinin bərabər təmin olunacağına inanmıram. Bu, praktik olaraq, mümkün deyil”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …