Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Ekspert: “Moskva üçün münaqişələr qaçılmaz və faydalıdır”

Ekspert: “Moskva üçün münaqişələr qaçılmaz və faydalıdır”

“Rusiyanın sayəsində postsovet ölkələrində dondurulmuş münaqişələrin sayı çoxalır. Bu cür üstü örtülən ocaqların əsas xüsusiyyəti həmin yerlərdə de-fakto dövlətə bənzər, lakin beynəlxalq hüquq tərəfindən tanınmayan (Moskva tərəfindən himayə olunan) qurumların meydana gəlməsidir”.

Avropa Şurasının beynəlxalq münasibətlər üzrə eksperti Niku Popeskunun “Le Monde” qəzetinə verdiyi müsahibə bu sözlərlə başlayır.

Müəllifin fikrincə, Rusiya beynəlxalq aləmdə nüfuz üçün hərbi gücdən başqa heç bir vasitəyə malik deyil:“Rusiyanın nə vasitəsi, nə də diplomatik arqumentləri var. Hətta Viktor Yanukoviçin prezidentliyi dövründə belə Ukraynanı öz təsir dairəsinə çəkə bilmədi. Həm Ukraynada, həm də Gürcüstanda hərbi gücdən istifadə olunması əslində Kremlin əlində iqtisadi, diplomatik, ümumiyyətlə, “yumşaq güc”ün tətbiqi ilə bağlı heç bir şey olmadığını göstərdi”, müəllif qeyd edib.

Popeskunun fikrincə, Qərb dairələri bu məsələyə olduqca avamlıqla yanaşırlar.

“Avropalılar və amerikalılar tez-tez ruslara sabit və çiçəklənən qonşularla birlikdə yaşamalarının onların özləri üçün faydalı olmasından dəm vururlar. Lakin bu, məsələyə sırf Qərbsayağı yanaşmadır. Rusların heç də xoşbəxt sonluqla bitən əhvalatlardan ötrü ürəkləri getmir. Onların düşüncəsinə görə, əksinə, münaqişələr qaçılmaz məfhumdur və hətta çox faydalıdır. Rusiyalıların fikrincə, Qərb imperiyaları sabit dövrlərdə həmişə dağılmağa məruz qalıb. Rusiya isə daima təkanların içində olub və ayaqda qalıb. Ərazilərini müəyyən dövrlərdə itirsə də, sonradan onları geri qaytara bilib. Moskvaya görə, ərazi və ya nüfuz zonalarının itirilməsi qəti həll olunmuş məsələ sayılmır…” – Popesku analiz edir.

Image result for rusiya və qonşuları

“Qonşuları ilə münaqişə sayəsində Kreml onların NATO-ya doğru addımlarının qarşısını alır. Dondurulmuş münaqişələr korrupsiya ilə mübarizə və islahatların keçirilməsi, ictimai nəzarət institutlarının formaşdırılması kimi problemləri çətinləşdirir. Hərçənd mənim fikrimcə, sonuncu məsələdə əsas məsuliyyət yerli siyasi elitaların üzərinə düşür”, – ekspert vurğulayır.

Nika Popeskunun iddiasına görə, bu cür davaranış əslində zəiflik siyasətidir.

“Qonşularının müqavimətini müxtəlif üsullarla, məsələn, hərbi-siyasi müdaxilə və ya iqtisadi blokadalarla qırmaq istəyən Moskva əslində bu yerlərdəki nüfuzunu faktiki itirib. Həmin ölkələr öz bazarlarını çoxdan diversifikasiyalaşdırblar. 14 keçmiş sovet ölkəsindən sadəcə Belarus və Ermənistan Rusiya üçün başlıca ticari tərəfdaş sayılır. Ruslar əlində heç bir iqtisadi vasitə qalmadığı üçün çarəni hərbi yola baş vurmaqda tapırlar…”- müəllif qeyd edib. (Musavat.com)

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …