Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Eks nazirlərin həbsi büdcəyə nəsə qaytarmırsa… – Partiya sədri

Eks nazirlərin həbsi büdcəyə nəsə qaytarmırsa… – Partiya sədri

“Ziya Məmmədov, Eldar Mahmudov, Fazil Məmmədov və digərlərinin barəsində eyni maddələr üzrə cinayət işi açıla bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında AĞ Partiya başqanı Tural Abbaslı deyib. Sədr eks nazirlərin oğurladıqlarının büdcəyə qaytarılmasının vacibliyini deyib:”Amma Prezident son çıxışında ad çəkdi, ünvanlar bildirdi və dolyası ilə onların da bu və ya digər formada cinayətə bulaşdığını dedi. Biz əslində həmin nazirlərin də məsuliyyətə cəlb olunmasını və dövlətdən taladıqları əmlakın dövlətə geri qaytarılmasını tələb edirik. Bu həbslərdən sonra Azərbaycan normal qaydalarla idarə olunar və sözün həqiqi mənasında islahatlar başlayar”. 

Sədr Səlim Müslümovun həbsinin gözlənilən olduğunu hesab edir:
“Həbs çoxdan olmalı idi. Hazırda vəzifədə olan bütün nazirlərin barəsində eyni maddələr üzrə cinayət işi açmaq mümkündür. Çünki onların barəsində kifayət qədər – korrupsiya, rüşvət, yeyinti, vəzifə səlahiyyətlərini aşma faktları var. Onların həbsi müsbət haldır. Əsas odur ki, onların büdcədən taladıqlarlı pullar geri qayıtsın. Çünki bu həbslər özü-özlüyndə büdcəyə bir şey qatmır, amma onların oğurladıqları pullar geri qayıdanda büdcə xərclərində bəlli bir rol oynayır. Bu, həm də digərlərinə bir görk olur. Onların mülk, mal varlıqlarına dövlət əl qoyanda digərlərinə də dərs olur”.
Səlim Müslümov niyə indi həbs olundu?
Tural Abbaslı qeyd edib ki, hakimiyyət islahatların aparıldığı barədə çıxışlar edir:
“Və bunu nəyləsə sübüt etmək lazımdır. Səlim Müslümovun həbsi də elan olunan islahatların aparılmasının göstəricisi kimi nümayiş oluna bilər. Sahil Babayev təyin olunandan bəri 65 minə yaxın insanın əlillik dərəcəsini ləgv edib”.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …