Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Düşündüm ki, Erkinin kefi kök olub, içkili vəziyyətdə bu sözləri deyib” – DEPUTAT

“Düşündüm ki, Erkinin kefi kök olub, içkili vəziyyətdə bu sözləri deyib” – DEPUTAT

“Açığı Erkin Qədirlinin bu açıqlamasına xeyli təəccübləndim və artıq münasibətimi bildirmişəm. Ki, dediyi ilə əməli düz gəlmir”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Razi Nurullayev həmkarı Erkin Qədirlinin “Azərbaycanda demokratik yolla seçilən deputat yoxdur” fikrinə reaksiya verərkən deyib.  

Deputat həmkarının cavabı ilə bağlı ağlına gələn ehtimaldan danışıb:

“Mən də bu ehtimalı düşündüm ki, Erkinin kefi kök olub, içkili vəziyyətdə bu sözləri deyib. Çünki, dünən dediklərinə başqa cür don geyindirdi. Hər halda əminəm ki, öz təbii halında olan deputat təmsil olunduğu Parlament və deputatları haqqında o cür fikir bildirməzdi. Erkin yeyib-içən oğlandır”.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …