Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Dünya dini liderlərinin II Bakı Sammiti Azərbaycanın multietnik strukturunu vurğulayır – Tomas Qolts

Dünya dini liderlərinin II Bakı Sammiti Azərbaycanın multietnik strukturunu vurğulayır – Tomas Qolts

Dünya dini liderlərinin II Bakı Sammiti Azərbaycanın multietnik strukturunu vurğulayır.

Bunu Trend-ə amerikalı jurnalist Montana Universitetinin professor Tomas Qolts deyib.

O, Azərbaycanda dünya dinlərinə münasibətdə tolerantlığı alqışladığını deyib:

“Bu, Azərbaycanın multietnik və çoxməzhəbli strukturunu vurğulayır”.

T.Qolts qeyd edib ki, dünyada artmaqda olan dini dözümsüzlük fonunda Azərbaycanda daha bir çoxməzhəbli görüşü görmək çox xoşdur:

“Bu tədbir şiə və sünnilərin, yəhudilərin, xristianların və digər din nümayəndələrinin mənəvi harmoniya məkanında birgə mövcud ola bildiyi “Odlar ölkəsi”ndə keçirilir. Bu münasibətlə Azərbaycanı təbrik edirəm!”

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 aprel 2019-cu il tarixli sərəncamı ilə bu ilin 14-15 noyabr tarixlərində Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsinə qərar verilib. Sammitə dünyanın 56 ölkəsindən 500-ə yaxın iştirakçı qatılıb.

İkigünlük Sammitdə “Multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu”, “Şeyxülislam Allahşükür Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi”, “Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya əleyhinə”, “Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti” mövzuları ətrafında müzakirələr aparılır.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …