Ana səhifə / Siyasət /  “Dünənə görə çox sağ ol, bu gündən danış və hesabat ver”

 “Dünənə görə çox sağ ol, bu gündən danış və hesabat ver”

Jurnalist həmkarımız Üzeyir Cəfərov Buklet nümunələrini Facebook səhifəsində paylaşaraq həmkarlarına müraciət edib. Həmin müraciəti AZİNFORUM.AZ oxucularına təqdim edirik:
Əziz dostlar, dəyərli həmkarlarım!!!
Bu da bizim hörmətli 33 saylı Xətai birinci seçki dairəsi üzrə seçicilərimizə sabahdan başlayaraq paylayacağımız Bukletlərin ilk nümunələri. Millətimiz və xalqımız üçün xeyirli-uğurlu olsun. İnşaAllah oktyabrın 17-də saat 14-də dostlarımızın iştirakı ilə “BAKI” kinoteatrında daha maraqlı və daha yaddaqalan bir görüşümüz olacaq.
Bu arada bəzi yaramazlar mənim təbliğat və təşviqat vasitələrimi qərəzli şəkildə lövhələrdən qoparıb çıxarır və hörmətsilik etməyə cəhd edirlər. Burdan və inşallah əyani görüşlərimiz zamanı həmin adamlardan soruşacağam ki, sözləri var desinlər. Daha belə çılız və ucuz, mənasız yollara əl atmasınlar.
Biz Xalqımıza xidmət etmişik və yenə də xidmətçi olaraq 5 il müddətinə Millət vəkili kimi olmağa iddialı və qərarlıyıq. Kimin başqa niyyəti, varsa, xahiş edirəm, getsin özünə başqa məşğuliyyət tapsın.
Bizi heç kim və heç nə Haqq Yolumuzdan döndərə bilməz. Azərbaycan xalqı, onun ayrılmaz bir parçası olan Xətai 33 saylı 1-ci seçki dairəsinin sakinləri də nəhayət ki, əsl millət vəkillərinə sahib olmalıdırlar. İndiyə kimi kim olubsa,necə olubsa, “dünənə görə çox sağ ol, bu gündən danış və hesabat ver” prinsipi çox önəmlidir.
Bir daha hər kəsə təşəkkür və uğurlar arzulayıram!!!
Tanrı Azərbaycanımızı və onun əvəzsiz Xalqını qorusun!!!.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın