Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / DTX rəisi “qara bazar”la bağlı prezidentə məruzə edib

DTX rəisi “qara bazar”la bağlı prezidentə məruzə edib

“Azərbaycanda dolların “qara bazarı” var idi, bununla bağlı dövlət başçısının tapşırığına əsasən məruzələr edirdim”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib.

“Bununla bağlı cinayət işi qaldırılıb, bu istiqamətdə iş davam etdirilir. Müəyyən adamlar saxlanılıb, müəyyən adamların isə adları keçir. Bu istqamətdə bundan sonra da qətiyyətli addımlar atılacaq”.

M. Quliyev əlavə edib ki, DTX qısa müddət ərzində cinayətkarların, casusların məhv edilməsi ilə nəticələnən 4 əməliyyat keçirib: “Bu istiqamətdə Azərbaycanın xususi xidmət orqanları tək işləmir. Biz digər dövlətlərin təhlükəsizlik xidməti orqanları ilə birgə işləyirik, onlarla məlumat mübadiləsi edirik. Əməkdaşlarımız cinayətkar dəstələrin üzvlərini saxlayarkən silahli müqavimətlərlə üzləşiblər və onların qarşısı qətiyyətlə alınıb”. (AzVision.az)

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın