Ana səhifə / Siyasət / Dövlətçiliyin keşiyində durmaq hər bir vətəndaşın müqəddəs borcudur

Dövlətçiliyin keşiyində durmaq hər bir vətəndaşın müqəddəs borcudur

İnsanı bir şəxsiyyət kimi səciyyələndirən ən yüksək mənəvi keyfiyyət, ideyalı, məsləkli olmaqdır. Özünə mən insanam deyən hər bir şəxs çalışmalıdır ki, cəmiyyətdə nə isə qurub təşkil etsin, bəşəriyyətə və öz xalqına öz imkanları çərçivəsində kiçik də olsa bir xidmət göstərsin… Mən də uzun müddət pedaqoji sahədə çalışmışam. İşlədiyim müddət ərzində müxtəlif xarakterli insanlarla ünsiyyətdə olmaqla yanaşı, müxtəlif ailələrdən gələn uşaqlara təlim-tərbiyə verməklə bərabər elm öyrətmişəm. Bu zaman mənim əsas amalım cəmiyyət və ictimaiyyət arasında vətənimizə, dövlətçiliyimizə, xalqımıza sevgi və məhəbbət hissi aşılamaq olub. Hamımız bilirik ki, 1990-cı illlər ölkəmiz üçün ağır bir sınaq ili olduğu kimi hər bir vətəndaşımız üçün də sınaq ili olub. Həmin dövr xalqımız Milli Azadlıq Hərakatı və milli dövlətçilik ideyalarını qan içində boğmağa çalışan cəllad sovet ordusu və onun rəhbərlərinin tötərdiyi faciəyə qarşı, xalqımızın vətənsevər insanları bir araya gəlib, öz etirazlarını bildirdilər. bu insanlardan biri də ulu öndər Heydər Əlirza oğlu Əliyev idi. Onun hələ Moskvada olarkən bu qırğına verdiyi qiymət hər bir azərbaycanlıların ürəyindən keçənlər idi. Ulu öndərin Naxçıvana qayıdışı və Naxçıvanda Ali Məclisin Sədri seçilməsi nəinki naxçıvanlıları bütöv Azərbaycan xalqını sevindirdi. Xalqımızın ziyalılarının etdikləri müraciəti nəzərə alan ulu öndər, Yeni Azərbaycan Partiyasının yaranmasına öz xeyir-duasını verdi. Həmin dövr dövlətçiliyimiz və ərazi bütövlüyümüz üçün çox çətin bir dövr idi. Ölkədə hər an qardaş qanı axıdıla bilərdi. Belə bir vaxt yəni 1993-cü il iyun ayının 15-də xalqın təkidi ilə Yeni Azərbaycan Partiyasının Sədri, Millət vəkili Heydər Əlirza oğlu ikinci dəfə Azərbaycan Respublikasında hakimiyyətə gəldi.

Onun bu qayıdışı hər bir Azərbaycan vətəndaşını sevindirdi və dövlətçilik ətrafında birləşdirdi. Ulu öndərin “Azərbaycanın çağdaş və gələcək taleyi ilə bağlı bu problemin həllində biganə qalmağa heç kəsin haqqı yoxdur”… kimi cavabı bütün vətənsevərləri bir yumruq kimi birləşməyə səslədi. Ulu öndərin apardığı daxili və xarici siyasət qısa müddətdə öz bəhrəsini verdi. Belə ki, bütün çətinlik və maneələrin qarşısı alındı, vətəndaş müharibəsinə son qoyuldu. Azərbaycanın bütün düşmənlərinə qəti cavab verildi. Ölkəmizin dövlət müstəqilliyi qorundu. Azərbaycan parçalanmaq təhlükəsindən xilas edildi. Xalqda ruk yüksəkliyi yarandı. O dövr bir çox vətənpərvər kimi, mən də ulu öndərin siyasət xəttini bəyənərək, onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıralarına daxil oldum. Artıq uzun illərdir ki, bu partiyanın Şərur rayon təşkilatının idarə heyətinin üzvüyəm. Övladlarımı da ulu öndər Heydər Əliyevin ideyaları ətrafında böyütmüşəm. Bu gün də bu ideaların təbliğat və təşviqatçısıyam. Azərbaycan artıq 1990-cı illərin ölkəsi deyil. Ölkəmizdə gedən bu inkişaf və tərəqqi Azərbaycanın ayrılmaz hissəsi olan muxtar respublikamızda da dinamik şəkildə görünür. Amma buna baxmayaraq, xaricdəki havadarlarından dəstək alan radikal müxalifət partiya liderləri, daha dəqiq desək, inkişaf və tərəqqini gözü götürməyən qara qüvvələr bu gün öz xislətinə sadiq qalaraq Azərbaycan Respublikasını, o cümlədən muxtar respublikamızı gözdən salaraq müstəqilliyimizə xələl gətirirlər. Onlar bu işdə ailəsini, xalqını, vətənini sevməyən, özünü radikal müxalifətçi adlandıran, xarici ağalarına xidmət edən qüvvələrdən istifadə etməyə çalışırlar.

Amma unudurlar ki, Ulu Öndərimiz hələ sağlığında çox gözəl demişdir: “Biz bütün çətinliklərə sipər çəkdik, bütün maneələrin qarşısını aldıq, Azərbaycanın bütün düşmənlərinə layiqli cavab verdik, ölkəmizin dövlət müəstəqilliyini qoruyaraq Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdik və Azərbaycan dövlət müstəqilliyini yaşadırıq və bundan sonra da yaşadacağıq”. Bu gün bir daha qeyd etməliyik ki, Naxçıvan hər zaman Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, Azərbaycanın milli dəyərlərinin qorunmasında daim mühüm rol oynamışdır. Bu gün də, sabah da heç bir xarici və daxili qüvvə xalqımızın kin əziyyətlə əldə etdiyi birliyinə, müsətqilliyinə və dövlətçiliyinə xələl gətirə bilməz.

Vaqif CABBAROV, Şərur ekoloji təlim-tərbiyyə mərkəzinin direktoru

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …