Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Dövlət xəstəxanalarındakı rezidentlərə 3 aydır ki, maaş verilmir – ŞİKAYƏT

Dövlət xəstəxanalarındakı rezidentlərə 3 aydır ki, maaş verilmir – ŞİKAYƏT

Dövlət xəstəxanalarında çalışan rezidentlərə 3 aydır ki, maaş verilmir.

Bu haqda AZXEBER.COM-a rezidentlərin özü məlumat verib.

Onların dediyinə görə, 2017-ci il gələndən maaş üzünə həsrətdilər. Tələbələr rəhbərliyə şikayət ediblər və aldıqları cavab belə olub: “Büdcədə pul yoxdur, pul köçürüləndə sizə də veriləcək”.

Tələbələr həmçinin qeyd edib ki, maaşı Tibb Universitetinin Terapiya şöbəsi, Mərkəzi Klinikada rezidentura təhsili alan tələbələri alıb, digər xəstəxanalrda isə maaş verilmir.

Həmçinin tələbələrə deyilib ki, maaşınız verilsə belə 3 ayın deyil, ən yaxşı halda 2 ayın maaşı veriləcək.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın