Ana səhifə / Siyasət / Dövlət maraqları hər şeydən öndə olmalıdır – Ramil Hüseynov

Dövlət maraqları hər şeydən öndə olmalıdır – Ramil Hüseynov

Məlum olduğu kimi, son zamanlar qonşu İran İslam Respublikasından Azərbaycana yönəlik əsassız, heç bir fakta söykənməyən ittihamlar səslənir. Tarix boyu şahlar, sərkərdələr, cəngavərlər, dövlət xadimləri yetişdirən odlar diyarı olan Azərbaycana aşağılayıcı münasibət sərgilənir. Müxtəlif pozucu diversiya xarakterli təxribatlara əl atılır. Halbuki, Azərbaycanda hər zaman islamın bütün dəyərlərinə xüsusi hörmət və etiram olub. Ateist sovet quruluşu belə, 70 il ərzində cəmiyyətimizi dindən, islamın ali dəyərlərindən uzaqlaşdıra bilmədi.

Belə olan halda İran rəsmilərinin öz aləmlərində mənəvi tələblərini hər zaman ləyaqətlə qoruyan Azərbaycanı hansısa təhdidlə qorxuda bilməzlər. Təbii ki, bunun cavabı ölkə başçısı, cənab Ali Baş Komandan tərəfindən verildi. Ali Baş Komandanın Zəfər günü Şuşada etdiyi çıxış və verdiyi mesajlar qarşı tərəfə tutarlı cavab oldu. Ölkə ictimaiyyəti, bütün müxalifətli iqtidarlı hamsı həmrəylik nümayiş etdirdi, müdriklik göstərdi. Bu vətənə, millətə, keçmişimizə, gələcəyimizə olan ehtiram, hörmət və borcdur. Göstərilən həmrəylik o demək idi ki, babalarımızın bizə miras qoyduğu bu şanlı vətənə əl uzadanlar, dil uzadanlar yerinizi və kimliyinizi bilin. O üzdən, bütün bu xoş siyasi addımları alqışlıyırıq və siyasi təşkilat olaraq bunu dəstəkləyirik.

Ancaq çox təəssuf hissi ilə bildirmək istəyirəm ki, belə nümunəvi xalqın içində vətəninə, namusuna xəyanət edənlərdə var. Bu millətin çörəyini yeyən, suyunu içənlər dövlət maraqlarınıı heçə sayaraq nəyinsə qarşılığında xarici xüsusi xidmət orqanlarına cəsusluq edən nanəcimlərdə var. Söhbər İran xüsusi xidmət orqanlarına işləyən xainlərdən gedir. Bunlar anlamaq istəmirlər ki, Azərbaycan qan bahasına, minbir məhrumiyyətlər hesabına müstəqilliyini qazanıb və qoruyub. Son günlər hüquq mühafizə orqanlarının, dövlətimizin təhlükəsizliyinə, müdafiə qabiliyyətinə təhdid yaradan, milli maraqlarımıza zərbə vurmağa çalışan İran xüsusi xidmət orqanlarına işləyən şəxslərin operativ və peşəkar əməliyat nəticəsində ifşa etməsi olduqca önəmli hadisədir. Bu yöndə görülən tədbirlər bir daha ölkəmizə qarşı bu addımları atmaq istəyənlərə dərs olmalıdı . Dövlət Təhlükəsizliyi Xidmətinin ölkəmizin suverinliyinə, müstəqilliyinə qarşı hazırlanan bu riyakar planların qarşısının alınması üçün atdığı addımları yuksək qiymətləndirir, ümumilikdə şərəflə, ləyaqətlə vətəni və dövləti, xalqı üçün çalışan bütün şərəfli məmurlara minnətdarlığımızı bildiririk.

Tanrı müstəqil Azərbaycanı, qalib xalqımızı qorsun!

Ramil Hüseynov, Yeni Yol Partiyasının sədri

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …