Ana səhifə / Siyasət / Dövlət Komitəsi dələduzluqda ittiham olunan sabiq aparat rəhbəri barədə məlumat yayıb

Dövlət Komitəsi dələduzluqda ittiham olunan sabiq aparat rəhbəri barədə məlumat yayıb

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə Komitənin sabiq Aparat rəhbəri Səfər İmanovun rüşvətxorluq və insanları aldatmaq ilə bağlı əməlləri barədə vətəndaşlar tərəfindən müraciətlər daxil olub”.
Bu barədə APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Məlumatda bildirilib ki, 5 fevral 2016-cı il tarixində bu məsələlərin araşdırılması üçün Dövlət Komitəsi rəsmi şəkildə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib.
Qeyd olunub ki, məsələ ilə bağlı araşdırmalar davam etdirilir: “Bildiririk ki, Səfər İmanov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 1 noyabr 2015-ci ildə fəaliyyətini dayandırıb”.
Qeyd edək ki, vəkil Adəm Məmmədov sosial şəbəkələrdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə Komitənin sabiq Aparat rəhbəri Səfər İmanovun vətəndaşı icra başçısının müavini vəzifəsinə düzəltmək adı ilə ondan 170 min ABŞ dolları alması haqda məlumat paylaşıb.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın