Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Dövlət Baytarlıq Xidmətini korrupsiya bataqlığından kim çıxaracaq?

Dövlət Baytarlıq Xidmətini korrupsiya bataqlığından kim çıxaracaq?

Qanunsuz əməllərdən cana gələn iş adamlarının müraciətləri isə Kənd Təsərrüfatı Nazirliyində nazir müavini cənab Seyfəddin Talıbovun, həmçinin Hüquq, kadr və yerli orqanlarla iş şöbəsinin müdiri Xüdayət Həsənlinin diqtəsi və yaxından köməkliyi ilə ustalıqla gizlədilir və ya “anonmdir” yazılaraq nəzarət orqanlarına şablon cavablar verilir.

Guya ki, bu şikayət xarakterli müraciətlər ”Təmiz”, “Şəffav” fəaliyyət göstərən Dövlət Baytarlıq Nəzarəti Xidməti kimi qurumun, onun “yüksək səviyyəli” rəhbəri Azər Süleymanovun işgüzar fəaliyyətinə xələl gətirir?

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Azər Süleymanovun qanunsuz əməllərindən mütamadi sosial şəbəkələrdə gedən şok açıqlamalara baxmayaraq, bu sahədə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində ona qarşı təpki hiss etmədiyindən ruhlanan Azər Süleymanov Respublika Baytarlıq Laboratoriyasının inzibati binasında aparlan təmir-quraşdırma işlərinin başa çatması ilə bağlı açılışqabağı növbəti yeni “oyunlara” əl atmışdır. Belə ki, Respublika Baytarlıq Laboratoriyasının inzibati binasında aparlan təmir-quraşdırma işlərinin başa çatması ilə bağlı açılışa Pespublika rəhbərliyinin və yüksək çinli məmurların dəvət edildiyini bilən Azər müəllim büdcə vəsaiti hesabına avadanlıqlar və cihazların şişirdilmiş qiymətlərlə alındığına görə digər lazımi avadanlıqların və cihazların alınmasına vəsait qalmadığından açılışda iştirak edəcək yüksək çinli qonaqlara gözündən pərdə asmaq üçün Bakı Şəhəri Baytarlıq İdarəsindən əlavə avadanlıqlar gətizdirərək, guya həmin avadanlıqlar Respublika laboratoriyasına məxsus olduğunu təqdim etməklə “işgüzar görkəm” yaratmışdır.

Bu sahədə çalışan texnika üzrə mütəxəssislərin verdiyi məlumata əsasən yerindən sökülmüş avadanlıqların, cihazların bir yerdən digər yerə daşınan zaman kolibirləşməsi pozulmaqla texniki cəhətdən işçi vəziyyətində olmur. Başqa yerə məxsus olan belə avadanlıqların laboratoriyada muzey eksponatı kimi nümayiş etdirilməsi, yalnız mütəxəssis olmayan şəxsin maraq dairəsinə daxil ola bilər. Azər Süleymanov bununla kimi aldadır? Və məqsədi nədir? Bütün hallarda isə bu “Baytarlıq Şəhərciyi”nin, o cümlədən Laboratoriyanın açılışına gələn yüksək səviyyəli qonaqların bir başa aldadılmasıdır.

Görəsən Dövlət Baytarlıq Nəzarəti Xidmətinin inzibati binasının açılışında iştirak edəcək yüksək səviyyəli möhtəbər rəhbərin binaya baxış keçirəndə daxilində “rüşvət yığılan otağ”ın qarşısından keçərkən Azər müəllimin dizləri məsuliyyətdən əsməyəcəkmi? “İş adamlarını incitməyin, rekertlik etməyin” deyən söz sahibinin gözlərinə necə baxacaq!? Yəqin ki, bütün bu hallar Azər müəllimə çox baha başa gəilərək, hər an onu bitirə bilər.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən icazə alması nəzərdə tutulan məhsulların ixal-ixracı üçün oxuculara təqdim etdiyimiz “QARA QİYMƏT CƏDVƏLI”nə uyğun yığılan rüşvətdən Dövlət Baytarlıq Nəzarəti Xidmətinin müəyyən işçilərinə hər ay maaşından əlavə “PAKET” verilir. Ancaq büdcədən kənar vəsait hesabına Xidməti təmizləyən, ailəsini öz fiziki əməyi hesabına güclə dolandıran, çörəyi süpürgəsindən cixan xadimələrə isə üç aydır ki, əmək haqqı verilmir. Eləcədə A. Süleymanov vəzifəyə keçəndən büdcədən kənar vəsaitin toplanmasında danılmaz əməyi olan baytarlıq lalaboratoriyasının əməkdaşları hər ay mükafat şəkilində həmin vəsaitdən bəhərələnə bilmirlər. Hansı ki, bu vəsaitin verilməsi əməkdaşların ailə büdcəsinə, dolanacağına böyük kömək idi. Bütün bunlar isə xadimələri pis vəziyyətdə qoymaqla, Laboratoriyanın coxsaylı əməkdaşlarında böyük narazılıqlar yaratmışdır.

Ölkə başçımız tərəfində Azərbaycanda investisiya üçün yaradılan əlverişli şəraitdən istifadə edən heyvandarlıq məhsullarının idxal-ixracı ilə məşğul olan bəzi şirkətlərin, MMC-lərin və s. təsisçiləri və ya investorları xarıci vətəndaşlardır. Elə fiziki şəxslər də məhsulları xaricdən idxal edirlər. Bununla əlaqədar olaraq, həmin xarici vətəndaşlar da, Səfirliklər də iş adamlarından, şirkət və MMC-lərdən Dövlət Baytarlıq Nəzarəti Xidmətində yığılan rüşvətdən bixəbər deyillər. Dövlət Baytarlıq Nəzarəti Xidmətində qanunun tələblərindən çəkinmədən yığılan rüşvətin başında duran Azər kimilərin bu əməlləri isə xaricdə ölkəmizin imicinə ciddi zərər vurmaqala, ölkəmizin nəaliyyətlərini gözügötürməyən, ermənipərəst düşmənlərinin Azərbaycana qarşı mənfi fikirlər formalaşdırmağa, nüfuzunu aşağı salmağa cəhd etmələri üçün əllərinə faktlar vermiş olur.

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi isə eləbil ki, bunu görmür, Azər Süleymanovun korrupsiya əməllərinə son qoymur. Bu qanunsuz əməllərdən cana gələn iş adamlarının müraciətləri isə Kənd Təsərrüfatı Nazirliyində nazir müavini cənab Seyfəddin Talıbovun, həmçinin Hüquq, kadr və yerli orqanlarla iş şöbəsinin müdiri Xüdayət Həsənlinin diqtəsi və yaxından köməkliyi ilə ustalıqla gizlədilir və ya “anonmdir” yazılaraq nəzarət orqanlarına şablon cavablar verilir. Guya ki, bu şikayət xarakterli müraciətlər ”Təmiz”, “Şəffav” fəaliyyət göstərən Dövlət Baytarlıq Nəzarəti Xidməti kimi qurumun, onun “yüksək səviyyəli” rəhbəri Azər Süleymanovun işgüzar fəaliyyətinə xələl gətirir?

Yəqin ki, kənd təsərrüfatı naziri cənab Heydər Əsədov tərəfindən Azər Süleymanovun korrubsiya və digər qanunsuz əməllərinə qarşı təsirli tədbirlər görüləcəkdir. (anaxeber.az)

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın