Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Dövlət bayrağı haqqında” qanuna hansı dəyişiklik ediləcək?

“Dövlət bayrağı haqqında” qanuna hansı dəyişiklik ediləcək?

Azərbaycanın dövlət bayrağı, dövlət himni və dövlət gerbi ilə bağlı Konstitusiya qanunlarına dəyişiklik müzakirəyə çıxarılacaq. Bununla bağlı məsələlər Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işlər planına daxil edilib.

İşlər planında “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında”, “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” və “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Konstitusiya qanununun layihələrinə əlavə və dəyişikliklərin müzakirəsi yer alıb.

Dəyişikliklər ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, indiyədək bu, konstitusiyaya salınmamışdı və sadəcə konstitusiya qanunu səviyyəsində rəsmiləşəcək. Dəyişikliklər bununla bağlıdır: “Yəni, elə bir ciddi dəyişiklik yoxdur. Nə bayraq, nə himn, nə də gerb ilə bağlı heç bir dəyişiklik yoxdur. Atributlarımız ilə bağlı heç bir dəyişiklik yoxdur. Sadəcə qanunlaşdırılır”.

“Konstitusiya qanunu kimi qəbul edilməlidir, indiyədək müəyyən boşluq olub, onu dolduracağıq. Yəni, gerbimiz və digər atributlarımız yerində qalacaq” —deyə millət vəkili vurğulayıb.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …