Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Donbas və Qarabağ separatçıları virusla mübarizədə acizdirlər – Politoloq

Donbas və Qarabağ separatçıları virusla mübarizədə acizdirlər – Politoloq

“Donbass və Qarabağ separatçıları eyni vəziyyətdədirlər”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, koronavirus müxtəlif dövlətlərlə yanaşı, separatçı bölgələrdə də geniş yayılıb: 
“Virus sərhəd tanımır. Misal üçün, Ukraynanın işğal olunmuş Donbas bölgəsində virusa yoluxanların sayı hər keçən gün artır. Separatçı bölgədə vurisa yoluxma artım tempinə görə Ukraynanı da qabaqlayır. Məsələ burasındadır ki, Rusiya ilə separartçı bölgə arasında sərhəd yoxdur, gediş-gəliş açıqdır. Rusiya virusun yayılma miqyasına görə dünya ölkələri arasında üçüncü sıradadır. Rusiyada hər gün 8-10 min insan virusa yoluxur. Son məlumatlara görə, Rusiyada 500-yə yaxın tibb işçisi virusdan ölüb. Ən ağır vəziyyət isə paytaxt Moskvadadır. Buna baxmayaraq, iyunun 24-də Moskvada hərbi parada hazırlıq gedir. Müxtəlif dövlətlərdən qonaqlar iştirak edəcək. Bəzi dövlət başçıları dəvəti qəbul edib Moskvaya gecədəklərini elan etsələr də, hərbi paradda iştirakdan imtina edənlər də az deyil. Səbəbi sadədir. Epidemiyanın geniş yayıldığı Moskvada keçirilən hərbi parad iştirakçılar üçün təhlükə mənbəyinə çevrilə bilər. Bu azmış kimi, Rusiya oxşar paradı işğal altındakı Luqansk, Donetsk, Simferopol, Sevastopol və Kerç şəhərlərindən keçirməyi də planlaşdırır”.
Politoloq qeyd edib ki, Dağlıq Qarabağda da virusa yoluxanlar sayı artır: 
“Separatçıların Ermənistanla gediş-gəlişi kəsməsi də problemi həll etmədi. Çünki virus artıq Ermənistandan Dağlıq Qarabağa keçib. Donbas və Dağlıq Qarabağ separatçıları virusla mübarizə aparmaqda acizdirlər, profilaktik tədbirləri həyata keçirmək çətindir. Rusiya və Ermənistan özləri hazırki ağır vəziyyətlə çarpışırlar, onların dəstək verdikləri separatçıların vurisun caynağından qurtaracağı mümkün görünmür. Hazırki vəziyyətdə Ukrayna və Azərbaycan torpaqlarının işğalı Rusiya və Ermənistana baha başa gəlir”.  
Elxan Şahinoğlu Azərbaycan və Ukrayna Xarici İşlər nazirluklərinin rəsmiləri Xələf Xələfovla Vasili Bodnar arasında növbəti onlayn konfrans keçirildiyini virğulayıb: 
“Diplomatlar iki ölkə arasındakı əlaqələri və virusla mübarizədə yardımlaşmanı müzakirə etdilər. Nazir müavinləri ayrıca, ərazi bütövlüyü məsələsində Ukrayna ilə Azərbaycanın bir-birinə dəstəyini bir daha təsdiq etdilər. Yeri gəlmişkən, Ukrayna Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda keçirilən son “prezident seçkisini” sərt tənqid edən bəyanat da yaymışdı. Həmin bənayatda rəsmi Kiyev işğal və etnik təmizləmə fonunda qondarma seçkinin nəticələrini tanımadığını və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib”.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …