Ana səhifə / Siyasət / DİQQƏT: Bakıda fəaliyyət göstərən bəzi marşrut xətlərinin istiqamətlərində dəyişikliklər edilib

DİQQƏT: Bakıda fəaliyyət göstərən bəzi marşrut xətlərinin istiqamətlərində dəyişikliklər edilib

I Avropa Oyunları zamanı göstərilən nəqliyyat xidmətinin yaxşılaşması, yarana biləcək sıxlığın qarşısının alınması məqsədilə Nəqliyyat Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən bəzi marşrut xətlərinin istiqamətlərində dəyişikliklər edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, açılış və bağlanış mərasimlərində avtobus marşrutlarının xətlərində nəzərdə tutulan dəyişikliklər aşağıdakılardır:

Zabrat-Maştağa istiqamətindən:

– 107, 131, 172,173 və 189 nömrəli marşrut xətləri E. Mehdiyev – Bakıxanov qəs. Əfəndiyev küçəsi – “Neftçilər” metro stansiyası – Rüstəmov və M. Əliyev küçələrinin kəsişməsindən təşkil olunacaq;

– 139, 148, 163, 166, 198, 204, 216 və 217 nömrəli marşrut xətləri E. Mehdiyev – Bakıxanov qəsəbəsi – Əfəndiyev küç. – Şərifli küç. – Mirzəyev – Q.Qarayev pr. (1-ci yol) köhnə Nizami Rayon Məhkəməsinin qarşısına qədər təşkil olunacaq;

– 62, 40 və 105 saylı marşrut xətləri Sabunçu stansiyası – Əsədullayev küç. – Bakıxanov qəs. – Mehmandarov küç. – Sülh küç. – “Neftçilər” metro stansiyası və sonra mövcud xətt üzrə hərəkət edəcək;

– 55 saylı marşrutun xətti Sabunçu stansiyası – Əsədullayev küç. – Bakıxanov qəs. – Mehmandarov küç. və sonra mövcud xətt üzrə hərəkət edəcək;

– 93 saylı marşrutun xətti müvəqqəti dayandırılır.

Mərdəkan-Buzovna-Qala-Bül-Bülə qəsəbələri istiqamətindən:

– 100, 101, 136, 141, 150, 160, 171 və 187 saylı marşrut xətləri Mərdəkan şosesi – H. Əliyev pr. – Zığ beton yolu – Gəncə pr. – “Həzi Aslanov” metro stansiyasına qədər təşkil olunacaq;

– 116 saylı marşrutun xətti Heydər Əliyev Hava Limanı və Zığ beton yolu – Nobel pr. – A.Cəlilov – K. Səfərəliyeva – 28 May küç. (S. Vurğun bağının yanı) son dayanacaq;

– 184 saylı marşrut xətti Bül-Bülə qəs. – Bakıxanov qəs. – Əfəndiyev küç. – Şərifli küç. – Mirzəyev – Q.Qarayev pr.(1-ci yol) köhnə Nizami Rayon Məhkəməsinin qarşısına qədər təşkil olunacaq.

– 214 saylı marşrut xətti Bakıxanov qəs. – Əfəndiyev küç. – Qəmbərov küç. – “Neftçilər” metro stansiyası – 8 km bazarına qədər təşkil olunacaq;

Ziya Bünyadov prospekti istiqamətindən:

– 11 və 36 nömrəli marşrut xətləri – Q. Qarayev pr. – O. Vəliyev – M. Abbasov – A. Manafov – Q. Qarayev pr. – sonra mövcud xətt üzrə;

– 207 saylı marşrutun xətti Binə T/M. – Dairəvi yol – Moskva pr. – A. Mustafayev – Z. Bünyadov – Atatürk prospektinə qədər təşkil olunacaq.

– 82 saylı marşrutun xətti müvəqqəti dayandırılır.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın