Ana səhifə / Siyasət / DİN-in mətbuat xidmətinin yeni rəhbəri bəlli oldu

DİN-in mətbuat xidmətinin yeni rəhbəri bəlli oldu

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri vəzifəsinin icrası Ehsan Zahidova tapşırılıb.

Azinforum.az-ın Report-a istinadən verdiyi xəbərə görə, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

“Həmin vəzifənin icrası mətbuat xidmətinin rəis müavini Ehsan Zahidova tapşırılıb”, – deyə, DİN-dən bildirilib.

Qeyd edək ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, DİN-in mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. O, nazirliyin fəxri fərmanı ilə təltif olunub.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın