Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / DİN-dən məktəbdə təcavüzə uğrayan qızla bağlı açıqlama

DİN-dən məktəbdə təcavüzə uğrayan qızla bağlı açıqlama

Beyləqan rayon sakini, yetkinlik yaşına çatmayan Lalə Məmmədovaya qarşı seksual hərəkətlər edilməsi faktlı ilə bağlı iki nəfər həbs olunub və hazırda istintaq davam etdirilir.

DİN mətbuat xidmətindən verilən məlumata görə, cinayət faktı ilə bağlı əlavə şübhəlilərin olub-olmaması istintaqın nəticəsindən asılı olacaq.

“O ki qaldı olaydan sonra valideynlərin təcavüzə məruz qalmış övladlarından imtina etməsi və yetkinlik yaşına çatmayan şagirdin himayəsiz qalması, ailənin dağılması barədə sosial şəbəkələrdə və bəzi saytlarda yayılan məlumatlara, bunların heç bir əsası yoxdur. Hazırda ailə müvəqqəti olaraq Bakı şəhərinə yerləşdirilib və valideynlər zərər çəkən övladlarına daha ciddi şəkildə qayğı göstərir, həmçinin istintaq hərəkətlərində ardıcıl olaraq iştirak edirlər”, – DİN mətbuat xidmətinin məlumatında vurğulanır.

Xatırladaq ki, Beyləqanda yetkinlik yaşına çatmayan Lalə Məmmədovaya (ad, soyad şərtidir) qarşı həmkəndliləri – 1996-cı il təvəllüdlü Tural Kərimov, 1997-ci il təvəllüdlü Kamil Hümbətov və digərləri tərəfindən seksual xarakterli hərəkətlər edilməsi faktına görə martın 9-da Beyləqan rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb. Beyləqan rayon hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində K.Hümbətov və T.Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hazırda həbs olunan şübhəlilər sinif otağında baş verən hadisənin videosunu çəkərək, sosial şəbəkəyə yerləşdirmişdilər.

musavat.com

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …

Bir cavab yazın