Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Dilqəm Əsgərovun oğlu ATƏT-də çıxış edəcək

Dilqəm Əsgərovun oğlu ATƏT-də çıxış edəcək

11-22 sentyabr tarixində Varşavada ATƏT-in növbəti Sammiti keçiriləcək. Sammitdə 57 ölkənin diplomatları, həmçinin insan haqları təşkilatlarının nümayəndələri və media mənsubları iştirak edəcək.

Azinforum.az-ın  məlumatına görə, Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun (ADİHİ) rəhbəri Əhməd Şahidov bildirib ki, bizim nümayəndələr kəlbəcərli girovlarımızla bağlı çıxış edəcəklər. Onun sözlərinə görə, Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov tədbirdə nitq söyləyəcək.

O bildirib ki, Kürdoğlu Əsgərovun ATƏT-in Varşava Sammitində iştirakını təmin etmək üçün bir müddət əvvəl ona Şengen vizası alınıb.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı D.Əsgərov və Azərbaycan vətəndaşı Ş.Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Ermənistanın işğalı altında olan Azərbaycan ərazisi Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyevlə bağlı qanunsuz məhkəmə prosesi aparılıb. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın