Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Dilqəm Əsgərovla Şahbaz Quliyevin məsələsi Avstraliya Parlamentində -FOTOLAR

Dilqəm Əsgərovla Şahbaz Quliyevin məsələsi Avstraliya Parlamentində -FOTOLAR

“Dünən biz seçkilərlə bağlı müşahidələrimizi Gəncədə məskunlaşan qaçqın kəlbəcərlilərin seçki məntəqələrində apardıq. Orada müşahidə aparmaq istədiyimizi biz xahiş etmişdik”.
Bunu hafta.az-a açıqlamasında Azərbaycanda parlament seçkilərini izləyən Avstraliya parlamenti nümayəndə heyətinin rəhbəri Luke Simkins deyib. Simkinsin sözlərinə görə, Azərbaycandakı qaçqınların yaşayışı həmişə avstraliyalı parlamentarilərin diqqət mərkəzində olub:
“Dilqəm Əsgərovun ermənilərin işğal etdiyi doğma torpağına gedərkən, girov götürülməsini orada eşitdik. Bu haqda bizə daha geniş məlumatın verilməsini xahiş etdik və xahişimiz yerinə yetirildi. Bu məsələni Avstraliya parlamentində gündəmə çıxaracağıq. Üstəlik Dilqəm Əsgərov və Şahbaz Quliyevin ermənilər tərəfindən əsir götürülməsini və bir ildir qaytarılmaması haqqında Avstraliya Xarici İşlər Nazirliyinə müraciət ünvanlayacağıq. Düşünürəm ki, bu əməli pisləyən qətnamə qəbul edə bilərik”.
Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyulunda doğmalarının qəbrini ziyarətə gedərkən ermənilər tərəfindən girov götürülüb.
Xatırladaq ki, bir neçə gün öncə bir qrup avstraliyalı parlamentari Azərbaycanda səfərdə olmuş və ölkənin tanınmış media qurumlarının təmsilçiləri ilə görüşdə bu barədə ətraflı məlumatlandırılmışdılar.

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …

Bir cavab yazın