Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Diaspor Komitəsi Xarici İşlər Nazirliyinə birləşdiriləcək

Diaspor Komitəsi Xarici İşlər Nazirliyinə birləşdiriləcək

“Bu il struktur islahatları aparılmalıdır. Buna ehtiyac var. Ümumiyyətlə, daha da çevik, operativ idarəetmə mexanizmi işlənməlidir. Bəzi hallarda bir sıra qurumlar bir-birinin fəaliyyətini təkrarlayır. Buna yol vermək olmaz”.

Bu sözləri prezident İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 10-da keçirilən iclasında deməklə məmur təbəqəsinə ciddi mesajlar verdi. Bununla da prezident bəzi dövlət qurumlarının ləğv olunmasının vaxtının yetişdiyinə işarə etdi.

Qeyd edək ki, ölkə başçısı bu ilin əvvəlində bəzi qurumların ləğvi, birləşdirilməsi ilə bağlı bir neçə fərman və sərəncamlar imzalayıb.

Hökumətdəki mənbənin Modern.az saytına bildirdiyinə görə, yaxın günlərdə daha iki qurumun birləşdiriləcəyi gözlənilir. Söhbət Diasporla İş üzrə Dövlət Komitəsilə Xarici İşlər Nazirliyindən (XİN) gedir. Verilən məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsi XİN-ə birləşdiriləcək. Yəni komitə ayrıca bir dövlət qurumu kimi deyil, XİN tərkibində idarə statusunda fəaliyyət göstərəcək.

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …

Bir cavab yazın