Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Detallar sabah Rusiya ilə müzakirə ediləcək” – Çavuşoğlu

“Detallar sabah Rusiya ilə müzakirə ediləcək” – Çavuşoğlu

Sabah Rusiyadan gələcək nümayəndə heyəti ilə Türkiyə-Rusiya birgə atəşkəsə nəzarət mərkəzi barədə detallar müzakirə olunacaq.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

XİN rəhbəri bildirib ki, sabah detallar müzakirə ediləcək. “Mərkəz Azərbaycan torpağında və uyğun gördüyü yerdə olacaq. Bu mərkəz önəmli işlər görəcək. Nəzarəti həyata keçirəcək, şikayətlər olduğu vaxt onları araşdıracaq. Ümid edirik ki, Ermənistan keçmişdəki xətalarından dərs alacaq”.

Qeyd edək ki, ötən gün Türkiyə və Rusiya arasında Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə ortaq mərkəzin yaradılmasına dair memorandum imzalanıb. Memorandumu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Rusiyanın Müdafiə naziri Sergey Şoyqu imzalayıblar.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …