Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Deputatlığa namizəd olan bu iki şəxsin iş yerləri diqqət çəkir

Deputatlığa namizəd olan bu iki şəxsin iş yerləri diqqət çəkir

Bu ilin fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirak edəcək deputatlığa namizədlərin siyahısı açıqlanıb.

Siyahıda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşının da adı var.

DTX-nin deputatlığa namizəd olan işçisi Rəşad Camalovdur. O, ixtisasca hüquqşünasdır.

R.Camalovun namizədliyi 46 saylı Şirvan seçki dairəsi tərəfindən qeydə alınıb.

R.Camalov keçmiş Müdafiə Sənayesi naziri, mərhum Yavər Camalovun oğludur.

Güc strukturlarından Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) əməkdaşı Jalə Əhmədova da deputat olmaq istəyən şəxslər siyahısındadır.

1981-ci il təvəllüdlü J.Əhmədova ixtisasca hüquqşünasdır. Namizədliyi 59 saylı Salyan Seçki Dairəsi tərəfindən qeydə alınıb.  /Oxu.az

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …