Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Deputatlığa namizəd Firdovsi Şahbazov müəllimlərə müraciət etdi

Deputatlığa namizəd Firdovsi Şahbazov müəllimlərə müraciət etdi

78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizəd Firdovsi Həşim oğlu Şahbazov Lerik rayonunun ziyalıları və müəllimlərinə müraciət edib.

Müraciətdə deyilir: əziz müəllimlər, çox hörmətli ziyalılar!
Sizləri salamlayır, fəaliyyətinizdə uğurlar arzu edirəm. Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 05 dekabr 2019-cu il tarixli sərəncamına əsasən 09 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının ali qanunverici orqanı olan Milli Məclisə növbədənkənar seçkilər keçiriləcəkdir. Bu seçkilərdə namizəd kimi Sizin dəstəyinizə böyük ehtiyacım var.

Əziz müəllimlər!
Sizdən xahişim ondan ibarətdir ki, doğma Lerikimizin hazırkı durumuna laqeyd qalmayaq, hər birimiz əl-ələ verib rayonumuzu bu ağır vəziyyətdən çıxaraq. Əgər biz gücümüzə inansaq bunu bacaracağıq. Cənab Prezident də öz son çıxışlarının birində bunu vurğuladı ki, çox vaxt deputatlar öz seçiciləri ilə görüşmür, bu isə seçici ilə həmin rayondan seçilən deputat arasında yad münasibətlərə və inamsızlığa gətirib çıxarır. Deputatın öz seçildiyi bölgə ilə əlaqələri itir. Nəticədə əhali arasında belə bir arzuolunmaz fikir formalaşır ki, deputat bizə lazım deyil, çünki o bizim səsimizlə seçilmir. Lakin biz hamılıqla birləşib elimizə, obamıza layiqli namizədi özümüzə vəkil seçsək, sonra da ondan rayonun problemlərinin həlli ilə bağlı hansı işlərin görüldüyünün hesabatını tələb edə bilərik.

Əziz həmkarlar!
Sizdən xahişim budur ki, dəyərli vaxtınızdan ayırıb təqdim etdiyim platformamı oxuyub onun cəmiyyətdə müzakirəsi üçün yardımçı olasınız.
Əminəm ki, builki seçkilər ölkə tarixində yeni bir səhifə açacaq və bu yenilikdə LERİK camaatının ən aktiv hissəsi olan müəllimlər də öz sözünü deyəcək, rayonumuza onun problemlərini dərindən bilən, daim rayonla əlaqə saxlayan, hər bir rayon sakininin dərdini dinləyib ona əsl vəkil olacaq, ölkə iqtisadiyyatında Lerik rayonunun payının artırılmasında öz töhfəsini verəcək bir insanın seçilməyinə yardımçı olacaqlar. Sizin həmkarınız kimi fikir, ideya, təklif və məsləhətlərinizi məndən əsirgəməməyinizi Sizdən xahiş edirəm. Sizi əmin edirəm ki, deputat seçildikdən sonra da Lerik ziyalıları və sadə insanlarla daim ünsiyyət saxlayacaq, öz həmyerlilərimin qayğı və problemlərini Milli Məclis səviyyəsində və aidiyyatı orqanlar qarşısında qaldıracaq və onların həllinə çalışacağam.

Uca ALLAH hər birinizə yar olsun!
Məlumdur ki, müasir dövrdə hər bir şəxsin təkcə feysbuk profilini nəzərdən keçirmək kifayətdir ki, onun bilik səviyyəsini, dünyagörüşünü, həyatdakı fikir və ideyalarını, cəmiyyətin problemləri ilə hansı səviyyədə məşğul olduğunu və onların həlli üçün nələr etmək istədiyini biləsən. Bu səbəbdən də hər birinizi mənim feysbukdakı şəxsi səhifəmlə və profilimlə tanış olmağa və öz təklif və iradlarınızı yazmağa çağırıram.

Sizə dərin hörmət və ehtiramla həmyerliniz 78 saylı Lerik Seçki Dairəsindən Milli Məclisə deputatlığa namizəd Firdovsi Şahbazov

Əlaqə vasitələrim: Tel: 055 742 41 56 Mail: [email protected]
Feysbukda profil və səhifə: Firdovsi Şahbazov

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …