Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Deputatların maaşı elə artmasa, yaxşıdır…” – DEPUTAT

“Deputatların maaşı elə artmasa, yaxşıdır…” – DEPUTAT

“Millət vəkillərinin maaşı dünya dövlətləri ilə müqayisədə yüksək deyil. Hətta 80 faiz dövlətin parlament üzvlərinin maaşı Azərbaycanda olduğundan yüksəkdir. Amma bunu dilə gətirməyə qorxuruq, çünki ittiham hədəfinə çevrilirik. Ona görə də ictimai rəyin hədəfinə çevrilməmək üçün deputatların maaşı elə artmasa, yaxşıdır”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Deputat qeyd edib ki, növbəti il deputatların maaşının artması planlaşdırılsaydı, büdcədə kəskin artım olardı: “Rəsmi məlumata əsasən, növbəti ildən etibarən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin əmək haqları artırılır. Milli Məclisin büdcəsi ayrı olduğuna görə, deputatların maaş artımı ilə bağlı hansısa xəbərdarlıq olunmayıb. Yəni, bu qaydanın bizə aid olub-olmayacağını bilmirik. Nəzərə almaq lazımdır ki, adətən deputatların əmək haqları artırılan zaman bu haqda müzakirələr aparılır. Onu da qeyd edim ki, ötən illə müqayisədə kəskin büdcə artımı da yoxdur. Bu da onu göstərir ki, millət vəkillərinin maaşı artırılacağı təqdirdə belə, bu, yüksək artım olmayacaq”.

T.Kərimli, həmçinin bildirib ki, ictimai rəyə gəlincə, cəmiyyəti başa düşmək mümkündür: “Xüsusilə də aztəminatlı ailələr deputatların maaş artımından narazılıq edir, mənfi reaksiya bildirirlər. Mən fəaliyyətim müddətində hər zaman ictimaiyyətin tərəfində olmuşam və hesab etmişəm ki, deputatların maaşı kəskin fərqlənməməlidir. Amma etiraf edirəm ki, aqressiyanın yaranmasından qorxmuşam. Bir də nəzərə almaq lazımdır ki, deputat xərcləri var, əgər artım olmazsa, həmin xərcləri ödəmək necə mümkündür?!”.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …