Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Deputatlar maşından imtina etdi – Video

Deputatlar maşından imtina etdi – Video

Bakıda keçirələcək Avropa Oyunlarına artıq bir gün qalıb. Bu müddətdə aparılan təxirəsalınmaz işlər nəticəsində paytaxtda baş verə biləcək tıxacların qarşısı alınıb. Və yollarda nəqliyyat vasitələrinin hərəkətini tənzimləmək məqsədilə artıq qurumlar fəliyyətə başlayıb.

Məhz bu məqsədlə Milli Məclisin üzvləri də “Avtomobilsiz 20 gün” şüarına qoşulublar. Avropa Oyunlarının keçiriləcəyi zaman millət vəkilləri “Avtomobilsiz 20 gün” şüarı altında ictimai nəqliyyata üstünlük verəcəklər. Parlament üzlərinin bir qismi ya metro, ya da avtobus ilə idman arenalarına yollanacaqlar. Milli Məclisin üzvləri artıq indidən xidməti avtomobillərindən imtina edərək ictimai nəqliyyata üstünlük verir. Avropa Oyunlarının Bakıda keçirilməsinin böyük məsuliyyət olduğunu deyən millət vəkili Tahir Rzayev bildirir ki, bu məsuliyyəti tək dövlət məmuru yox, bütün vətəndaşlar hiss etməlidir.

Onsuz da şəxsi avtomobilinin olmadığını deyən deputat həmişə metrodan istifadə etdiyini vurğulayır: “Daimi olaraq ictimai nəqliyyatdan istifadə edirəm. Yeri gələndə övladımın maşını ilə işə gəlib-gedirəm. Ancaq Avropa Oyunları ərəfəsində mən metronun xidmətlərinədən yararlanacam. Metrodan istifadə etməklə idman arenalarına gedə biləcəm. Ümumiyyətlə həmin dövrdə fərdi nəqliyyat vasitəsindən istifadə etməyəcəm”.

Deputat Musa Qasımlı isə 20 gün ərzində piyada hərəkət edəcəyini bildirir. Çünki bu həm sağlamlıq sayılır, həm də şəhərdə tıxacın nisbətən aradan qaldırılmasına kömək edir.

20 gün avtomobilsiz qalmağın çətin olacağını deyən Aydın Mirzəzadə də şüardan kənarda qalmayacağını bildirir. Belə ki, o, mümkün qədər xidməti avtomobilindən istifadə etməyəcəyini deyir.

Deputat bir təklif də irəli sürdü ki, tək oyunlar ərəfəsində deyil, ümumiyyətlə yaxşı olardı ki, vətəndaşlar iki təkərli nəqliyyat vasitələrinə üstünlük versin. Buna görə də velosiped yollarının salınması şərtdir: “Mənə elə gəlir ki, artıq tanınmış insanların cəmiyyətə nümunə göstərərək şəhərdə velosipedlə hərəkət etməsi çox düzgün olardı. Bu bir tərəfdən sağlamlıqdır, digər bir tərəfdən isə şəhərdə avtomobil sıxlığının qarşısını alır. Eyni zamanda ekologiyaya çox ciddi bir köməkdir. Məhz bu məsələlər ictimai müzakirədə olsa, insanlar da bunu düşünsələr hesab edirəm ki, ümumilikdə hər birimiz üçün bu faydalı olar”.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın