Əli Kərimli şəhərin mərkəzində insanları qanunsuz aksiyaya təhrik
etdiyinə, ictimai asayişi pozduğuna görə qanun qarşısında cavab
verməlidir.
Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı İlham Məmmədov deyib.
Deputat
bildirib ki, elektoratı olmayan bir qrupun məqsədi yalnız pozuculuq və
xəyanətdir: “Bakı Şəhər İcra Hakimiyyəti bunlara dinc mitinq keçirmək
üçün yer ayırmışdı. Lakin onlar həmin yerə getməkdən imtina edərək
şəhərin mərkəzində qanunsuz aksiya keçirməyə cəhd etdilər. Buradan aydın
görünür ki, onların məqsədi dinc aksiya keçirmək deyil, təxribat
törətməkdir. Onlar bu tapşırığı xaricdən alırlar və xalq da kimin kim
olduğunu yaxşı bilir, belə ünsürlərə dəstək vermir”.
İ.Məmmədov
qeyd edib ki, Əli Kərimli törətdiyi bu əmələ görə qanun qarşısında
cavab verməlidir: “Dövlətini sevən, Prezidentimizin qayğı və diqqətini
gündəlik həyatında hiss edən milyonlarla insanının səbri bir gün
tükənəcək. Bu gün dünyanı bürümüş gərginlik və xaosda niyə imkan
vermirsiniz ki, xalqımızın qurbanlar, gərgin zəhmət və mücadilələrlə
qazanmış olduğu sabitlik və firavanlıq qorunsun. Axı sənin ağalarının
ayrı-ayrı ölkələrə ixrac etdiyi “demokratiya” o ölkələri viran qoyub.
Ancaq Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev ağıllı, uzaqgörən
və cəsarətli siyasəti nəticəsində, onu sevən, güvənən xalqımızdan güc
alaraq Azərbaycanı sabitlik adasına çevirib”.
Növbəti dəfə müxalifətin mitinq adı altında ictimai asayişi və qanunu pozmasının şahdi olduq.
Bunu isə Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Onun
sözlərinə görə, radikal müxalifətin bu mitinqi təxribat xarakteri
daşıyırdı: “Müxalifətin mitinq adı altında ictimai asayişi və qanunu
pozmasının növbəti dəfə şahdi olduq. Onlara mitinq keçirmək üçün müvafiq
yerin ayrılmasına baxmayaraq, kiçik bir qrupla şəhərin mərkəzində
hay-küy qopardılar. Bunlar yolverilməz haldır”.
Deputat
əlavə edib ki, ölkəmizin bütün sahələr üzrə inkişaf etdiyini, nüfuzunun
durmadan artırdığını və dünya birliyində söz sahibinə çevrildiyini gözü
götürməyən radikalların bu hərəkəti reallığı dərk etməmələrindən irəli
gəlir: “Onların məqəsdi Azərbaycanın imicinə zərər gətirmək, ölkədə olan
sabitliyi pozmaqdır. Məlumdur ki, radikallar bu tapşırıqları xaricdəki
havadarlarından alırlar. Ancaq həmişə olduğu kimi, bu dəfə də
uğursuzluğa düçar oldular. Azərbaycan ictimaiyyəti nəinki onların səsinə
səs verdi, əksinə, bütün bu olanları, Əli Kərimli başda olmaqla,
qaraguruhun hamısını pislədi”.
Qeyd
edək ki, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun
üzvləri oktyabrın 19-u saat 15:00-dan başlayaraq ümumi sayı təxminən 220
nəfərədək olan bir neçə qrupla müxtəlif istiqamətlərdən metronun “28
May” stansiyasının önündəki meydana daxil olmağa cəhd göstərib.
Görülmüş
tədbirlərlə hüquqazidd hərəkətlərin genişlənməsinin qarşısı alınıb,
qanunsuz aksiyanın təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla
60 nəfər saxlanılıb.
Həmçinin oxuyun
Avropa İttifaqı Bakının iddialarını rədd edir
“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …