Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Deputatın oğlu yüksək vəzifəyə təyin edildi

Deputatın oğlu yüksək vəzifəyə təyin edildi

Baş Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi olub.
APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi Rauf Talıbov təqaüdə göndərilib. Onun yerinə isə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Elşad Məmmədov təyin edilib.
Qeyd edək ki, Elşad Məmmədov millət vəkili Elman Məmmədovun oğludur.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın