Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Deputatın möhtəşəm villalarından biri

Deputatın möhtəşəm villalarından biri

Son vaxtlar millət vəkili Nəriman Əliyevin adı “Ştutqart” mağazalar şəbəkəsi ilə bağlı hallanır. Belə ki, vətəndaş Fərhad Rəfiyevin mətbuata müraciətlərindən bəlli olur ki, şirkət ona böyük miqdarda (300 min manat) ziyan vurub.
Azinforum.az-ın  Nuh.az-a istinadən verdiyi məlumata görə, bu işdə isə “Ştutqart” mağazalar şəbəkəsinin rəhbəri, Nəriman Əliyevin bacısı oğlu Əfqan Abdullayevin adı qeyd olunur. Əfqan Abdulalyev isə vətəndaşa dəyən zərəri ödəmək istəmir.

Deputatın möhtəşəm villalarından biri

Bildirək ki, cəmiyyətdə hər kəs “Ştutqart”ın Nəriman Əliyevə məxsus olduğunu bilir. Lakin rəsmi sənədlərdə Nəriman Əliyevin adı heç bir yerdə çəkilmir.
Bütün bunlar öz yerində. Ancaq görəsən millət vəkili kimi müəyyən məbləğdə əmək haqqı alan Nəriman Əliyev dəyəri milyonlarla ölçülən aşağıdakı villanı necə tikdirib..? Bu villa deputata məxsus əmlakın kiçik bir hissəsidir. Deputatın paytaxtın Həsən Əliyev küçəsində yerləşən villanın fotosunu tərdim edirik…

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın