Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / Deputat Şeyxi müdafiə etdi: “İranın Azərbaycan barədə mövqeyi həmişə müsbət olub”

Deputat Şeyxi müdafiə etdi: “İranın Azərbaycan barədə mövqeyi həmişə müsbət olub”

“Şeyx həzrətləri hər zaman bütün məsələlərdə sinəsini qabağa verib, Azərbaycana dəstək olub. Bir kəlmə ilə kiminsə bütün əməyinin üstündən xətt çəkmək olmaz. İnsanların taleyi ilə oynamaq olmaz. Ola bilsin ki, başqa söz demək istəyib”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.

Deputat hesab edir ki, Allahşükür Paşazadənin İranın Vətən müharibəsindəki rolu barədə olan açıqlamasını şişirtmək, buna görə Şeyxi “xalq düşməni” çıxarmaq olmaz: “Xüsusilə bütün dünyada tanınmış azərbaycanlılarla bağlı məsələlərdə ehtiyatlı olmaq lazımdır. 70 yaşı var, ola bilər ki, bir sözün əvəzinə başqa söz desin, normaldır. İranın Azərbaycan barədə mövqeyi isə həmişə müsbət olub. Vətən müharibəsi dövründə humanitar yardımla bağlı problemlər yaşansa da, sonra yollar bağlandı. İranla Azərbaycan qonşu olduğuna və Gülüstan və Türkmənçay müqavilələrində sonra Azərbaycanın cənub hissəsi İrana birləşdirildiyinə görə, bizim İranla münasibətimiz daha sıxdır. Misal üçün, Azərbaycana Vətən müharibəsi dövründə çox dəstək verən Pakistan isə müsəlman dövləti olsa da, azərbaycanlı deyillər. Odur ki, Şeyxin bəyanatını siyasiləşdirmək lazım deyil. Allahşükür Paşazadə hər zaman din siyasəti ilə yanaşı, dövlətin də siyasətini müdafiə edib. Yəni, Şeyx bir az başqa mənada demək istəyib. Medianın bu məsələni çox şişirtməsi doğru deyil. Bir kəlməyə görə Şeyxin istefasını tələb etmək gülüncdür. Onda gərək Azərbaycandan çox adamı qovaq”.

Qeyd: Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin “Xameneinin fətvası qələbəmizin carçısı idi” açıqlamasından sonra onun istefası tələb edilir.

Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …