Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Deputat seçilməyənlər Milli Məclisdəki otaqlarını boşaldırmı?

Deputat seçilməyənlər Milli Məclisdəki otaqlarını boşaldırmı?

1 noyabr parlament seçkilərinin nəticələri Konstitusiya Məhkəməsində təsdiq olunana və Milli Məclisin ilk iclası keçirilə kimi IV çağırış Milli Məclisin deputatları öz statuslarını saxlayırlar.
Konstitusiya Məhkəməsinin isə məsələyə yaxın günlərdə baxacağı gözlənilir.
Bəs köhnə tərkibdən olan deputatlar Milli Məclisdəki otaqlarını boşaldıblarmı?
Modern.az saytı deputatlıq statusunu bu gün-sabah itirəcək Milli Məclis üzvlərini sorğuya çəkib.
Aydın Abbasov bildirib ki, Milli Məclisdə 10 illik fəaliyyəti müddətində ən əsası həyat təcrübəsi, dövlətçilik anlayışı, dövlətə, xalqa, millətə xidməti öyrənib:
“Bu da ən böyük sərvətdir. Milli Məclisdən mənə çox böyük təcrübə, gözəl həyat yolu, ən əsası da xalqımızın, millətimizin xüsusiyyətini, niyyətlərini, istəklərini öyrənib qaldı. Milli Məclisin yeni tərkibinə deputat seçilməsəm də, hər zaman bura gələcəm, çünki həyatımın son 10 ili bu bina ilə bağlıdır. Hələ ki əşyalarımı Milli Məclisdəki otağımdan götürməmişəm. Bunu mənə siz xatırlatdınız”.
Elton Məmmədov da hər gün Milli Məclisdə olduğunu vurğulayıb:“Çünki bu mənim müqəddəs vəzifə borcumdur. Yeni tərkibdə formalaşan parlamentin ilk iclasına kimi deputat statusumdan xalqım üçün istifadə edirəm və bunu vəzifə borcu kimi yerinə yetirirəm. Hər gün kabinetdəyəm və məni seyr edə bilərsiniz. Milli Məclisə qazanc üçün gəlməmişdim. Ucar camaatının etimadını qazanıb seçilən şəxs kimi 3 çağırış parlamentə göndərildim və 15 il müddətində müstəqil Azərbaycanın dövlət quruculuğunda, dövlət quruculuğunun idarə olunması üçün lazım olan sahəvi qanunların qəbul edilməsində, dövlətlərarası müqavilələrin, beynəlxalq sazişlərin ratifikasiya olunmasında xidməti borcumu yerinə yetirdim. Şərəflə xalqıma Milli Məclisdə xidmət etdim. Ölkədə aparılan uğurlu islahatlarda ölkə rəhbərinin etimadını qazanan insan kimi şərəfli vəzifəmi bu gün də yerinə yetirməkdəyəm”.
 
Ceyhun Osmanlı da Milli Məclis barədə ancaq ən yaxşı xatirələrinin olduğunu deyir. Onun sözlərinə görə, seçkilərin nəticələri Konstitusiya Məhkəməsi tərəfindən təsdiq olunana kimi üzərinə düşən səlahiyyət çərçivəsində missiyasını davam etdirəcək:
“Hansı status daşımağımızdan asılı olmayaraq, Azərbaycan insanı ilə işləmək, Azərbaycanımızın rifahı naminə çalışmaq, cənab prezidentin siyasi kursuna dəstək vermək borcumuzdur. Mən də bu missiyamı yaxşı anlayıram, Milli Məclisə gedirik və çalışırıq. Buna qədər necə olubsa, bundan sonra da o cür fəailyyətimizi davam etdirəcəyik. Milli Məclisdə heç kimin şəxsi əşyası yoxdur. Hər bir deputatın çalışması üçün kabineti lazım olan əşyalarla təmin edilib. Ona görə də hər hansı əşya aparmamışıq ki, oradan da götürək. Hesab edirəm ki, oradan yır-yığış etməyə ehtiyac yoxdur”.
Ömrünün son 25 ilini Milli Məclisdə keçirən Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib ki, bu illər onun həyatının bir parçası olub. O, hazırda da parlamentə getdiyini deyərək, orada tamamlayacaq işləri olduğunu söyləyib:
“Milli Məclisdə müəyyən işlərim var və onları yekunlaşdırmalıyam. Kabinetimdə yır-yığış etməli bir şey də yox idi. Orada dostlarım tərəfindən verilən kitablarım var, onları ğötürmüşəm. Mən daha çox vaxtımı başqa kabinetlərimdə keçirdiyim üçün parlamentdəki otaqda daha çox köməkçim olurdu”.

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın