Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Deputat Rusiyanı tənqid etdi – “Söhbət hansı “Dağlıq Qarabağ”dan gedir?”

Deputat Rusiyanı tənqid etdi – “Söhbət hansı “Dağlıq Qarabağ”dan gedir?”

“Ukraynadakı “özəl əməliyyat”larında 4 general və minlərlə əsgər itirən Rusiyanın Müdafiə və Xarici İşlər Nazirliyindəkilər görünür reallıq hissini də  itiriblər. Əks təqdirdə onlar Azərbaycan ordusuna bizim öz torpağımızda  necə davranmaq lazım gəldiyini diqtə etməyə qalxmazdılar”.

Bunu deputat Sahib Alıyev bildirib.

“Moskvadakılar “Dağlıq Qarabağın hərbi birləşmələri”nə zərbə endirilməsindən narazılıqlarını bildirirlər ki, soruşmaq  ayıb olmasın, söhbət hansı “Dağlıq Qarabağ”dan gedir? Azərbaycanda artıq belə bir inzibati ərazi vahidi yoxdur və olmayacaq. Oradakı hərbi birləşmələrə gəldikdə, Rusiyaya Qarabağın haylar yaşayan hissəsinə “sülhməramlı” yeritməyə bir şərtlə izn verilmişdi ki, onlar ləğv edilsin. Eyni zamanda üçtərəfli bəyanatda  Ermənistan ordusunun tör-töküntülərinin də Qarabağdan tam çıxarılmaları əksini tapıb ki,  bu da unudulub. Ona görə də Azərbaycan tərəfinə sözü gedən sənədi xatırladanlar, yaxşı olardı ki, öncə orada Rusiya hərbi kontingentinin üzərlərinə götürdükləri öhdəliyə niyə əməl etməmələrinə aydınlıq gətirsinlər” – Deputat qeyd edib.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …