Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / DEPUTAT PARLAMENTDƏ SƏFİRƏ HÜCUM ETDİ – “Tamerlan Qarayev reaksiya verməlidir”

DEPUTAT PARLAMENTDƏ SƏFİRƏ HÜCUM ETDİ – “Tamerlan Qarayev reaksiya verməlidir”

“Bu yaxınlarda diqqətimi bir xəbər çəkdi. Sabiq deputatlardan biri debatda olduğu bir insana bəyan edir ki, 2003-cü il hadisələri necə baş verib və bunun üzərindən bildirir ki, Tamerlan Qarayev və bir neçə tanınmış şəxs onu yanına dəvət edib, İsa Qəmbərin prezident seçkilərində müdafiəsi ilə əlaqədar müəyyən xahişləri olub. Tamerlan Qarayev gələcəkdə onların xəyali hakimiyyətində Konstitusiya Məhkəməsinin sədri olacaqmış. Bu informasiyanı izləyəndə, düşündüm ki, bu, sıradan bir bəyanatdırsa, həmin şəxs reaksiya verməlidir”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc “Dövlət sirri haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

tamerlan qarayev

Z.Oruc vurğulayıb ki, o dövrün hadisələri hər kəsə aydındır, kiminsə birləşməsi, ayrılması, müxalif qüvvələrin bir araya gəlməsi Azərbaycan cəmiyyətində nə heç bir siyasi dəyişiklik, nə də hakimiyyətin taleyinə təsir edib: “Tamerlan Qarayev səfir kimi çalışmaqdadır. Burada ona şəxsi münasibətimi ifadə etmək istəmirəm. Səfir diplomatik ranq daşıyıcısı kimi dövlətin sirlərini daşımağa, eyni zamanda dövlət başçısının və dövlətin yürütdüyü siyasəti dəstəkləməlidir, buna borcludur. Kiminsə özəl niyyəti varsa, siyasi partiya yaratmaq, başqa bir şəxsi müdafiə etmək və hazırkı hakimyyətin mövqeyi ilə razılaşmamaqla, – məsələn, sabiq səfir Arif Məmmədovun və ya başqasının yanında yer ala bilər. Bununla hakimiyyətin gücündə dəyişiklik ola bilməz. Məqsədim odur ki, Tamerlan Qarayev bu xəbərə reaksiyasını bildirməlidir”.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …