Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Deputat olmaq istəyən tanınmış xanımlar – FOTOLAR

Deputat olmaq istəyən tanınmış xanımlar – FOTOLAR

Azərbaycanda gələn il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə böyük maraq var. İndiyədək bir çox tanınmış şəxslər deputatlığa iddialı olduqlarını bildirib, namizədliklərini irəli sürüblər. Onlar arasında jurnalist, idmançı, teleaparıcı və ekspert xanımlar da var.

Növbədənkənar parlament seçkilərində iştirak etmək istəyən xanım namizədləri oxuculara təqdim edir:

Tanınmış jurnalist, gənclərlə iş üzrə ekspert Yelena Eyvazlı (Sidorenko) növbədənkənar parlament seçkilərində iştirak edəcək. O, uzun illər media sahəsində çalışıb. 3 il əvvəl jurnalistikadan ayrılan teleaparıcı müxtəlif şirkətlərdə PR sahəsində fəaliyyət göstərib və bir müddət əvvəl Bakı Bloqerlik Məktəbini təsis edib.

Politoloq Nəzakət Məmmədova fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə müstəqil namizəd kimi qatılacaq.

Telejurnalist Aytən Səfərova da deputatlığa namizədliyini irəli sürüb. A.Səfərova Ağsu və İsmayıllı rayon sakinlərinə səslənərək ona dəstək olmalarını xahiş edib.

REAL TV-nin əməkdaşı Ləman Ələşrəfqızı 2020-ci il fevralın 9-da baş tutacaq seçkilərə 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən qatılacaq.

Telejurnalist, REAL TV-nin əməkdaşı Afət Telmanqızı isə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən namizədliyini irəli sürüb.

Jurnalist Aygün Muradxanlı 28 saylı Sabunçu III Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizəd olmaq qərarına gəlib.

Azərbaycanın tanınmış şahmatçısı, Dünya və Avropa çempionu, şahmat üzrə beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarova deputatlığa namizəd olacağını bəyan edib.

Jurnalist Jalə Mütəllimovanın namizədliyi Ana Vətən Partiyası tərəfindən irəli sürülüb. Xanım jurnalist 92 saylı Zərdab-Ucar Seçki Dairəsinin seçicilərini Milli Məclisdə təmsil etmək istəyindədir.

Deputatlığa digər namizəd “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadaraidir. O, 29 saylı Səbail Seçki Dairəsindən bitərəf namizəd olacaq. Azvision.az

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …