Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Deputat oğlunun həbs olunması barədə yayılan xəbərlərə aydınlıq GƏTİRDİ

Deputat oğlunun həbs olunması barədə yayılan xəbərlərə aydınlıq GƏTİRDİ

Milli Məclisin deputatı Fərhad Qəribov oğlu Elnur Qəribovun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması xəbərinə  münasibət bildirib.

Azinforum.az xəbər verir ki, Lent.az-a açıqlama verən millət vəkili bildirib ki, oğlunun Beynəlxalq Banka heç bir kredit borcu yoxdur: 7 il əvvəl oğlum Cahangir Hacıyevlə şərik iş qurmuşdu. Lakin bu iş alınmadı. Oğlumun ona heç bir borcu da olmayıb”.

F.Qəribov əlavə edib ki, Elnur Qəribovun saxlanması xəbəri həqiqəti əks etdirmir: “Bunlar hamısı yalan söhbətlərdir, ola bilər çağırıb nə isə soruşublar, amma buna don geyindirmək, bəzəyib ictimaiyyətə çatdırmaq doğru deyil. Oğlum hal-hazırda evdədir, yatır”.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın