Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Deputat keçirilən toylarla bağlı sərt danışdı: “Hüquqi qiymət verilməlidir”

Deputat keçirilən toylarla bağlı sərt danışdı: “Hüquqi qiymət verilməlidir”

“Düşünürəm ki, bu, Azərbaycan dövlətinə, qanunlarına və xalqına hörmətsilzik və meydan oxmumaqdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı həmkarı Siyavuş Novruzovun AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməsi ilə bağlı mətbuata verdiyi “Toyda iştirak eləmişəm, düz eləmişəm” fikirinə münasibətində deyib. 
Deputat qeyd edib ki, indiki zaman kəsiyində toy mərasiminin keçirilməsinin Azərbaycan qanunlarına nə dərəcədə uyğun gəlib-gəlməməsi müəyyənləşməlidir:
“İkincisi, buna hüquqi qiymət verilməlidir. Üçüncüsü, Siyavuş Novruzov və başqalarının da açıqlamasına o kontekstdən yanaşılmalıdır. Hadisənin özünə qiymət vermək lazımdır. Bu, nə dərəcədə qanuna və qanunların tələblərinə uyğundur? Yaxud da indiki karantin rejimi dövründə qəbul edilmiş olan normativ hüquqi aktların mahiyyətinə nə dərəcədə uyğundur, nə dərəcədə deyil. Bu məsələ aydınlaşandan sonra Siyavuş Novruzovun fikirləri ilə bağlı qəti fikir demək olar”. 
Deputat qeyd edib ki, qanun hər kəs üçündür:
“Qanun hər kəs üçün eyni hüquqi yükə malikdir. Vəzifəsindən, sosial vəziyyətindən, mövqeyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı qanuna hörmət etməli, onun tələblərinə uyğun olaraq davranış nümayiş etdirməlidir. Ona görə mən sosial şəbəkədəki vətəndaşların mövqeyini tamamilə bölüşürəm. Onlar məsələni düz qoyurlar”.
Qeyd edək ki, deputat Siyavuş Novruzov həyat yoldaşı Ombudsman Səbinə Əliyeva ilə birgə AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməsinə münasibət bildirərkən “Azərbaycan hökumətinin açıq havada oturmaqla bağlı qərarı var. O qərara əməl olunub. Hər bir masanın arasında 3-4 metr məsafə var idi. Toyda iştirak eləmişəm, düz eləmişəm. Biz hamımız məsafəni gözləmişik. O videonu kim necə çəkib özü bilər”, – deyə bildirib. 
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah toyların keçirilməsinə heç bir şərt və davranış qaydaları altında icazə verməyib.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …