Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Deputat: “Kaş ki, İtaliyada da seçkilər belə yüksək səviyyədə keçirilərdi”

Deputat: “Kaş ki, İtaliyada da seçkilər belə yüksək səviyyədə keçirilərdi”

“Sivil dialoq” adlı beynəlxalq müşahidəçi qrup Azərbaycanda prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

APA-nın xəbərinə görə, İtaliya parlamentinin sabiq üzvü, İtaliya xarici əlaqələr komitəsinin hazırkı üzvü Antonio Radze bildirib ki, bu gün müxtəlif seçki məntəqələrində müşahidə aparılıb və heç bir qanun pozuntusu qeydə alınmayıb.

“Seçki prosesi demokratik və şəffaf olub. Barmaq izinin skan olunması çox innovativ bir sistemdir, bununla heç vaxt rastlaşmamışdım. Bu gün xalqın İlham Əliyevin yüksək səs toplaması ilə bağlı bayram etdiyini gördüm. Azərbaycanın gələcəkdə daha da çiçəklənməsini arzu edirəm”.

İtaliya parlamentinin üzvü Cakomo Bedze isə bildirib ki, çox yüksək seçici fəallığı müşahidə edib: “Seçki prosesi mükəmməl təşkil olunub, seçicilərin mühafizəsinə xüsusi diqqət yetirilib. Kaş ki, İtaliyada da seçkilər belə yüksək səviyyədə keçirilərdi. İki ölkə arasında münasibətlərin daha da yaxşılaşacağını arzu edirəm”.

Finlandiya Senatının fəxri üzvü, belçikalı Frank Kriyerman seçkilərin Avropa standartlarına uyğun keçirildiyini bildirib:“Hətta Belçikada bu cür şəffaflıq yoxdur. Bakı İslam və Qərb mədəniyyətinin birləşdiyi məkandır. İlham Əliyevin bunda rolu çox böyükdür. Güman ki, İlham Əliyev qalib gələcək, çünki ölkəni dünya standartlarına uyğun idarə edir”.

Argentina parlamentinin üzvü, Cənubi Amerika parlamentlərarası birliyinin vitse-prezidenti Daniel Ramundo isə Azərbaycanın açıq ölkə olduğunu deyib: “Mənə məlumat verildi ki, yüksək səviyyədə təşkil edilən seçkilərdə saat 12.00-dək seçici fəallığı 45 faiz olub. Deyə bilərəm ki, demokratiya bu ölkədə artıq tam bərqərar olub. Demokratik mühitdə keçirilən hər seçki Azərbaycanın Avropa ailəsinin üzvü olmağa doğru atılan bir addımdır”.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …