Ana səhifə / Siyasət / Deputat həbs edilən icra başçısı ilə bağlı müraciət etdi

Deputat həbs edilən icra başçısı ilə bağlı müraciət etdi

Milli Məclisin deputatı Fazil Mustafa Polşada həbs edilən Qubadlı rayonunun sabiq icra başçısı Elxan Nuriyevlə bağlı müraciət edib.

F.Mustafa bildirib ki, E.Nuriyevin həbsi narahatlıq yaradıb.

“Vətənpərvər soydaşımız Elxan Nuriyevin Polşada saxlanması haqlı olaraq hamımızda narahatlıq yaradıb. Axtarışa Azərbaycan tərəfindən verilib, 1993-cü ildə baş verən hadisələrlə bağlı ittiham olunduğu maddələr var. Bu barədə vaxtilə hüquq-mühafizə orqanlarının rəhbərliyi ilə müzakirə də aparmışam. Əminəm ki, onun təqsirsizliyi nə vaxtsa məhkəmədə sübuta yetiriləcək. Elxan bəy Ukraynada Azərbaycanı təbliğ edən tanınmış simalardan biridir. Ümid edirəm ki, hüquq-mühafizə orqanlarımız xeyirxahlıq addımı ataraq bu problemin çözülməsinə çalışacaq və Elxan bəy Ukrayna üçün bu ağır günlərdə fədakar çalışmalarına davam edəcək” – deputat qeyd edib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …