Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Deputat: “Guya Bəxtiyar Hacıyevin həbsi siyasi sifarişdir…”

Deputat: “Guya Bəxtiyar Hacıyevin həbsi siyasi sifarişdir…”

“Hər zaman olduğu kimi məişət problemlərini belə hakimiyyətin üzərinə atmağa çalışan anti-milli dairələrin əlində alətə çevrilmiş, daxilimizdə olan radikal qüvvələr növbəti qarayaxma kampaniyası aparırlar. Guya ictimai fəal Bəxtiyar Hacıyevin həbsi siyasi sifarişdir. Bu adamlar dərk etməlidirlər ki, onların mövcud olub-olmamaları hakimiyyət üçün nəyisə dəyişmir. Azərbaycan hüquqi dövlətdir, demokratik prinsiplərə əsaslanaraq inkişaf edən bir ölkə kimi belə addımlar atmayıb. Hakimiyyətin belə cılız işlərlə məşğul olmağa nə vaxtı, nə də həvəsi var…” 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, bu gün Azərbaycan dövlətinin qarşısında böyük hədəflər dayanır:

“İşğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması və bərpası, dünyada tərəfdaşlarımızın sayının çoxaldılması, ölkəmizin iqtisadiyyatının artırılması, insanların sosial rifahının yaxşılaşdırılması… Qarşımıza bir çox hədəflər var ki, Azərbaycan o hədəflərə çatmaq üçün çox uğurla addımlar atır, ölkəmizə çox böyük hörmətlə yanaşılır. Azərbaycan bu gün dünyada hörmətlə yanaşılan, istənilən istiqamətdə nüfuzlu bir ölkəyə çevrilib. İstər Avropa, istər türk dövlətləri, istərsə də Orta Asiya, ərəb ölkələri olsun, Azərbaycan bütün istiqamətlərdə münasibətlərini ən yüksək səviyyədə qurur. O ki qaldı belə cılız məqamlara… Qarayaxma kampaniyası aparanlar artıq bir daha dərk etməlidirlər ki, Azərbaycan hakimiyyətinin belə cılız işlərlə məşğul olmağa marağı yoxdur…”.

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …