Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Deputat: “Gömrük Komitəsi ayrıca qurum kimi ləğv edilməlidir”

Deputat: “Gömrük Komitəsi ayrıca qurum kimi ləğv edilməlidir”

“Gömrük Komitəsinin ayrıca bir qurum kimi ləğvini biz, ReAl olaraq, çoxdan təklif etmişdik, proqramımızda da yazmışdıq. Gömrük önəmli funksiyadır, amma onu gerçəkləşdirən qurum ayrıca olmamalıdır. İndiki halında DGK “sui generis” (özünəməxsus) bir qurumdur, problemlərin çoxu da onun belə olmasından qaynaqlanır”.

Bunu Milli Məclisin deputatı Erkin Qədirli deyib.

E.Qədirli qeyd edib ki, problem oranı idarə edənlərdə deyil, idarənin özündədir: “Sistem problemidir. Nazirlər Kabinetinin son qərarı bunu bir daha aydın göstərdi. Əslində, problemin kökü daha dərindir. Rüsumlar və tariflər, vergilər kimi, parlamentin nəzarətində olmalıdır, çünki onların hamısı vətəndaşların üzərində maliyyə yüküdür. Bizdə isə bu cür qərarlar parlamentdən yan keçir. Hökumət istədiyi vaxt, özü də parlament nəzarətindən qıraqda, vətəndaşların üzərinə əlavə maliyyə yükü qoyan qərarları verə bilməməlidir. Payız sessiyası başlasın, bu haqda Milli Məclisdə danışacağam. Qarşıdan gələn il üçün büdcə layihəsinin müzakirəsi də gəlir”.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …