Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Deputat etiraz etdi: “Küçənin ortasında hamamda olduğun vəziyyətdə dura bilməzsən”

Deputat etiraz etdi: “Küçənin ortasında hamamda olduğun vəziyyətdə dura bilməzsən”

“Ümumiyyətlə, bunlar niyə demokratiya ilə özbaşınalığı qarışdırırlar?! Demokratiya sənin hansısa hüququnun məhdudlaşdırılmasıdır. Daha sən gəlib küçənin ortasında hamamda olduğun vəziyyətdə dura bilməzsən! Bu biabrçılıqdır, olmaz belə şey”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Deputat hesab edir ki, hadisə bilərəkdən törədilyi üçün təkcə mənəvi deyil, eyni zamanda hüquqi məsuliyyətə cəlb edilməlidir: “Əks təqdirdə isə psixoloji vəziyyəti yoxlanılmalıdır. Daxili İşlər Nazirliyi orqanları artıq hadisəyə reaksiya verib, yəqin ki, ictimai qaydanı hansı tərzdə pozduğu dəqiq müəyyən edilib. Hesab edirəm ki, ictimai qaydalar pozulduğuna görə həmin xanım inzibati məsuliyyətə cəlb olunmalıdır. Məsələnin mənəvi tərəfinə gəlincə isə, xalq tərəfindən qınanılmalıdır. Biz azərbaycanlıyıq, özünüməxsus xalqıq. Biz Ukrayna ya başqa dövlətlər deyillik ki, burada belə hallar baş versin. Xalq olaraq hər zaman adət-ənənələrimizə ciddi yanaşırıq”.

T.Kərimlinin sözlərinə görə, belə hallar demokratiyadan daha çox mənəvi dəyərlərlə qorunmalıdır: “Ümumiyyətlə, bunlar niyə demokratiya ilə özbaşınalığı qarışdırırlar? Demokratiya sənin hansısa hüququnun məhdudlaşdırılmasıdır. Daha sən gəlib küçənin ortasında hamamda olduğun vəziyyətdə dura bilməzsən! Bu biabrçılıqdır, olmaz belə şey. Hər ölkənin özünün ictimai yaşayış qaydaları var. Bütün dünya ölkələrində belədir. Misal üçün, İngiltərə demokratik ölkədir, amma bəzi müəssisələrdə geyim qadağaları mövcuddur: dikdabanda gəzməyə, mini ətək geyinməyə və s. icazə yoxdur”.

Qeyd: Bakıda alt paltarında gəzən qız sosial mediada müzakirələrə səbəb olub. Səbail RPİ-nin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı şəxsin 2000-ci il təvəllüdü Sumqayıt sakini olduğu müəyyən olunub.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …