Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Deputat etiraz etdi: “Buna təhsil islahatı deyilməz”

Deputat etiraz etdi: “Buna təhsil islahatı deyilməz”

“Müəllim namizədlərinin bu aksiyasını dəstəkləyirəm. Buna təhsil islahatı deyilməz. İşə qəbul imtahanlarında qəsdən yaradılmış dolaşıqlıqla yanaşı sertifikat imtahanlarından da xeyli müəllimlər şikayətçidir. Xüsusilə də illər boyu dərs demiş təcrübəli müəllimlər artıq işini-gücünü atıb aylarla imtahana hazırlaşmaqla məşğuldurlar. Sanki total şəkildə təcrübəli müəllimləri təmizləmə əməliyyatı aparılır”.

Bunu deputat Fazil Mustafa deyib.

F.Mustafa bildirib ki, təhsil yalnız bilik vermir, həm də təlimi özündə ehtiva edir: “Təbii ki, gənc müəllimlər üçün imkan yaradılmalıdır, yol açılmalıdır, ancaq bunu təcrübəli müəllimlərin sıradan çıxarılması hesabına etmək ən azı məsuliyyətsizlikdir. Üstəlik də müəllimlərin dərs keçmə sərbəstliyini əllərindən alırlar. Ədalətsizlik də öz yerində, üzülüşmək istədiklərini 65 yaş tamam olan kimi təcrübəsinə, qabiliyyətinə baxmadan vəzifədən yola salırlar, dostlarının isə yaş məhdudiyyətini görməzdən gəlirlər. Savadlı, təcrübəli müəllimlərin bir test təsadüfiliyinin qurbanına çevirmək yanlışdır. Hər bir müəllimə fərdi yanaşılmalıdır, məktəbdəki rolu, nüfuzu, şagirdlə ünsiyyət qabiliyyəti öyrənilməlidir ki, bu xəzinəmizi də belə asanca iritməyək”.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …