Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Deputat: “Ermənilər azərbaycanlı əsir və girovlardan qul kimi istifadə edib”

Deputat: “Ermənilər azərbaycanlı əsir və girovlardan qul kimi istifadə edib”

“Ermənistan Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlılara qarşı bir çox cinayətlər törətmişdir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı Ermənistan tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələbləri aşkar və kobud şəkildə pozulmuşdur. Müharibə qaydalarına zidd olaraq, mülki əhali qorunmamış, əksinə onlar girov götürülmüş, təcavüzə məruz qalmış və bir çox hallarda vəhşicəsinə öldürülmüşdür. Eyni zamanda bir çox hallarda əsir və girovlara ağlasığmaz işgəncələr verildikdən sonra, onlar öldürülmüş və işgəncələrin izlərinin itirilməsi məqsədilə onların cəsədləri belə Azərbaycan tərəfinə təqdim edilməmiş, dəfn edilmişdir”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, bu bir daha ermənilərin cinayətlərinin miqyasını və azərbaycanlılara qarşı soyqırımı cinayəti törətdiyini göstərir.

Deputat vurğulayıb ki, Ermənistanın cinayətləri bununla bitmir: “Ermənilər əsir-girovların antitürk, antiazərbaycan ideoloji-təbliğat vasitəsinə çevrilməsi, nifrət hissinin artırılması məqsədi ilə onların mülki əhalinin qarşısına çıxararaq meydanlarda nümayişkaranə şəkildə alçaldılması və təhqir edilməsi, təhqir edici vəziyyətə salınaraq yaşayış məntəqələrində gəzdirilməsi, onların müxtəlif telekanallara çıxarılaraq öz ölkəsinin əleyhinə müsahibələr verməsinə məcbur edilməsi hallarına geniş yer vermişlər. Həmçinin azərbaycanlı əsir və girovlardan qul kimi istifadə olunmuş, onların işğal olunmuş yaşayış məntəqələrində tarixi abidələrin, qəbiristanlıqların, evlərin və inzibati binaların sökülməsində və talan olunmasında, başqa sözlə vandalizm aktlarında istifadəsi və zərərli istehsal sahələrində işlədilməsi halları aşkarlanmışdır”.

C.Məmmədov qeyd edib edib ki, eyni zamanda Əsir və girov götürülmüş şəxslərdən Azərbaycana qarşı məxfi əməkdaşlığa cəlb olunmasına və Azərbaycanda terror-təxribat aktlarının törədilməsinə məcbur edilməsinə çalışılıb:

“Ermənistan tərəfi bilməlidir ki, törətdiyi vəhşiliklərin cəzasını mütləq alacaq. Vətən müharibəsində qələbəmizi təmin etdiyimiz kimi, haqq və ədalətin bərpasını tezliklə həyata keçirəcəyik. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu cinayətlərə görə təkcə Ermənistan məsuliyyət daşımır. Beynəlxalq qurumlar vaxtında kifayət qədər reaksiya vermədiyinə görə Ermənistan bu cinayətləri bu qədər sərbəst törədə bildilər, çoxlu sayda Azərbaycan vətəndaşının qanını axıtdılar. Nə qədər gec deyil beynəlxalq qurumlar Ermənistan qarşı sanksiya tətbiq etməlidilər. Əks halda, erməni vəhşiliyi hələ uzun illər çəkəcək”.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …