Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Deputat: “Elə bilirlər, biz savaşa bilmirik, torpaqlarımızı unutmuşuq”

Deputat: “Elə bilirlər, biz savaşa bilmirik, torpaqlarımızı unutmuşuq”

“Ermənistanı düşmən adlandırmağımla bağlı anlaşılmazlığın yarandığını gördüm bəzilərində”.

Bunu deputat Erkin Qədirli deyib.

E.Qədirli qeyd edib ki, “düşmən” etik anlayış deyil, situativ termindir:

“O, vəziyyəti təsvir edir, vəziyyətə düşənləri deyil. Yaxşı insanlar da düşmən ola bilirlər. Düşmənlik, rəqabət hallarından biridir. Hər bir rəqabətdə olduğu kimi, düşmənlikdə də qarşı tərəfə nifrət etməyin faydası yoxdur. Ümumiyyətlə, düşmənliyi nifrətlə eyniləşdirmək doğru deyildir. Rəqabətdə olduğu kimi, düşmənlikdə də qarşı tərəfə hörmətlə yanaşmaq lazımdır ki, ona qalib gələ biləsən. 90-cı illərin əvvəllərində ermənilərə uduzmağımızın səbəblərindən biri düşmənə hörmətlə yanaşmamağımız oldu. Biz erməniləri ciddiyə almırdıq, elə bilirdik ki, onlara asan qalib gələ biləcəyik. Yanıldıq, indi görünən odur ki, bizim 90-larda etdiyimiz yanlışı ermənilər təkrarlayırlar. Elə bilirlər, biz savaşa bilmirik, uduzmağımızla barışmışıq, torpaqlarımızı unutmuşuq və s. Bu, yaxşıdır. Hər bir rəqabətdə olduğu kimi, düşmənlikdə də ciddiyə alınmamaq üstünlükdür. Bu üstünlükdən yararlanmalıyıq. Napoleonun dediyi kimi, “Düşməniniz yanılanda, ona mane olmayın””.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …