Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Deputat: “Bu, Tokayevin ən ciddi səhvidir və xalqa xəyanətdir”

Deputat: “Bu, Tokayevin ən ciddi səhvidir və xalqa xəyanətdir”

“Qazaxıstanda baş verən son hadisələr, əlbəttə ki, təəssüf doğurur. Qazaxıstanla Azərbaycanın münasibətləri hər zaman yaxşı olub və Qazaxıstan müəyyən vaxtlarda dövlətimizin haqlı mübarizəsinə dəstək verib. Hesab edirəm ki, Nursultan Nazarbayev Qazaxıstanın inkişafı üçün bir lider kimi çox böyük işlər görüb. Əgər ağıllı lider olsaydı, misal üçün, elə Nazarbayev məsələlərdən kənarlaşdırılmasaydı, problem sülh yolu ilə həll ola bilərdi. Təəssüf ki, Tokayev buna getmədi. Digər tərəfdən, faktlar göstərir ki, bu, Qərb ölkələri və qonşu dövlətlər tərəfindən Qazaxıstana qarşı hazırlanmış təxribatdır. Nəzərə almaq lazımdır ki, son illərdə qazax xalqı pis yaşamırdı, Qazaxıstan inkişaf edən, dünyada şöhrət qazanan dövlət idi. Qazaxıstanın lideri Nursultan Nazarbayev də dünya şöhrətli siyasətçi idi. Hesab edirəm ki, burada xarici qüvvələrin əli var, lakin təəssüf ki, məsələ müəyyən qaydada siyasi yolla həll edilmədi. Bu, Qazaxıstan hökumətinin çox ciddi tarixi səhvidir”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat bildirib ki, Qazaxıstanda baş verən hadisələrin bir çox səbəbləri var: “İlk növbədə, qonşu dövlətlərin maraq dairəsi müxtəlifdir, bir sıra hallarda mənafelər toqquşur. Yəni, belə hadisələrin baş verməsi təbiidir və bütün ölkələrdə baş verə bilər. İkincisi, Qazaxıstanın son dövrlərdə Türk dünyasına üzv olması Rusiyanı və Qərb ölkələrini qıcıqlandırıb. Türkiyənin dünyada yeritdiyi siyasət türk dövlətlərinin birləşməsinə, türk xalqlarının həmrəyliyinə xidmət göstərir. Sözsüz ki, bu, slavyan dünyasını qıcıqlandıra bilər”.

T.Rzayev, həmçinin qeyd edib ki, Qazaxıstandakı hadisələr həm də Prezident Tokayevin adı ilə bağlıdır: “Əgər xalq hansısa şəkildə haqlı tələbini irəli sürürsə, müəyyən qaydada buna reaksiya verilməli, ölçülüb-biçilməlidir. Yəni, qısa müddətdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin ölkəyə dəvət olunmasına tələsmək lazım deyildi. Silah yolu ilə iğtişaşların yatırılmasına rəvac vermək düzgün deyil. Bu, xalqa xəyanət və Tokayevin ən ciddi səhvidir. Nə qazax xalqı, nə də tarix Tokayevi heç zaman bağışlamayacaq. Silahsız dinc mitinqçilərə qarşı silah işlətmək, xarici dövlətlərdən ölkəyə silahlı birləşmələr dəvət etmək xalqa qəsddir. Tokayevin davranışı qətiyyən yolverilməzdir”.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …