Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Deputat azərbaycanlı İŞİD-çilərlə bağlı “həyəcan təbili çaldı” – “Ayıq olmalıyıq”

Deputat azərbaycanlı İŞİD-çilərlə bağlı “həyəcan təbili çaldı” – “Ayıq olmalıyıq”

“Rusiya FTX-nin baş direktoru Aleksandr Bornikovun 28 sentyabrda Bakıda terrorçularla bağlı həyəcan siqnalı çalmasından sonra bu günlərdə Azərbaycan DTX-nin terrorçuları məhv etməsi heç də təsadüfü deyildi”.
Bunu  Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib.
Deputat bu günlərdə Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin Bakıda terrorçulara qarşı həyata keçirdiyi uğurlu əməliyyatın siqnalının Rusiyadan gəldiyini söyləyib:
“İŞİD artıq Qafqazın içindədir….Tam ayıq olmalıyıq…”
“Görünür ki, Bortnikov “əlimizdə terrorçularla bağlı sənədlər var” deməklə artıq İŞİD-in Qafazın içində olmasına işarə edirmiş.
MDB ölkələrindən İŞİD tərkibində döyüşənlərin sayı 10 minlərlədir. Hətta Çeçenistandan İŞİD-də 3 minə yaxın yaraqlı “Qafqaz Xilafəti” adı altında döyüşüb. Daha sonrakı dövrlərdə isə digər dövlətlərdən İŞİD-ə axın olub.
Bakıda DTX-nin həyata keçirdiyi antiterror əməliyyatında hətta terrorçular xüsusi xidmət əməkdaşlarına qarşı odlu silahdan istifadə etməyə də cəhdlər ediblər. Buna görə də Azərbaycan həm vətəndaş və həm də xüsusi xidmət orqanları səviyyəsində bu cür təhdidlərə qarşı tam ayıq olmalıdır.
DTX-nin həyata keçirdiyi əməliyyat sübut etdi ki, hələ də çox diqqətli olmaq lazımdır. Bakıda məhv edilən və tutulan terrorçular Türkiyə-Azərbaycan kanalı ilə yəqin ki, Şimali Qafqaza, Rusiyaya sızmaq istəyiblər. Vaxtı ilə Ramzan Kadırovun terrorla bağlı sərt çıxışlarını hətta tənqid edənlər də var idi. Mümkündür ki, regionda terrorçuların tranzit, mütəşəkkil cinayətkarlıq, silah qaçaqmalçılığı və narkotik vasitələrin daşınması cəhdləri də var”.
“İŞİD-in ləğvi çox böyük təhlükə olacaq…”
İŞİD-də döyüşən azərbaycanlılardan da danışıb. Deputat bildirib ki, İŞİD-in ləğv olunması artıq təhlükəlidir:
“Qeyri-rəsmi rəqəmə görə, İŞİD-də 40 mindən çox muzdlu döyüşür. Azərbaycan son zamanlar dini radikalizm və ekstremizmə qarşı mübarizəni gücləndirib. Amma etiraf etməliyik ki, İŞİD-ə vuruşmaq üçün qoşulan azərbaycanlılar artıq ölkə içinə sızmağa başlayıblar. Artıq ciddi təhlükə mövcuddur. Hətta bu gün İŞİD-in özünün ləğv olunması çox təhlükəlidir. Çünki İŞİD ləğv olunsa, orada döyüşənlər öz ölkələrinə qayıdacaqlar. Çünki artıq İŞİD şəbəkələşib, şəbəkələşən terror təşkilatından isə xilas olmaq çox çətindir. İŞİD-in “Qafqaz camaatı” adı altında Azərbaycana sızması milli təhlükəsizliyimizə çox böyük risk və təhdiddir.
Fransa, Belçika və digər ölkələrdə İŞİD-in həyata keçirdiyi terror aktları hələ də heç bir ölkənin terrordan sığortalanmadığını sübut edib”.
Xatırladaq ki, bu günlərdə DTX terrorçulara qarşı xüsusi əməliyyat keçirib. Belə ki, dini ekstremizm zəminində ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılan cinayətkar birlikdə iştirak etmə, odlu silahdan istifadə etməklə terrorçuluğa və quldurluğa hazırlıq əməllərini törətmələrinə əsaslı şübhələr olan A.Quliyev, F.Rüstəmov və A.Gülməmmədovun saxlanılması üzrə 26-27 oktyabr 2016-cı il tarixlərində respublikanın müxtəlif rayonlarında kompleks əməliyyat tədbirləri həyata keçirilib. Bu zaman saxlanılmasına müqavimət göstərərək ictimai yerdə “F-1” tipli əl qumbarasını partlatmağa cəhd edən A.Quliyev, habelə “Steçkin” markalı tapançadan istifadə edərək xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara atəş açıb, silahlı müqavimət göstərən F.Rüstəmov ətrafdakıların həyat və sağlamlığının təhlükə qaratdığından o, xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə məhv edilib. A.Gülməmmədov isə şübhəli şəxs qismində tutulub.
Fakt üzrə Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218.2, 28,181.2.1, 28,214.2.1, 28,214.2.3 və 228.1-ci maddələri ilə cinayət işi başlanılıb.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. (Modern.az)

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın