Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Deputat: “Azərbaycan öz ərazisində başqa dövlətin dilinin rəsmi dil olmasına icazə verməyəcək”

Deputat: “Azərbaycan öz ərazisində başqa dövlətin dilinin rəsmi dil olmasına icazə verməyəcək”

“Ermənilərin Xankəndidə rəsmi tanınmış qurumu yoxdur ki, onlar hansısa bir dilin birinci, hansınınsa ikinci dərəcəli dövlət dili olduğuna qərar versinlər. Burada əsas məqsəd Rusiyanın himayəsinə sığınmaqdır”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Deputatın fikrincə, erməni seperatçıları düşünürlər ki, Azərbaycan ərazisində yaşaya-yaşaya rus vətəndaşlığı qəbul etsinlər və beləliklə onlara dəyib-toxunan olmasın: “Bu, Azərbaycan qanunlarına zidd olan hərəkətdir. Qarabağ Azərbaycan Respublikasının ərazisidir. Ermənilərin yeganə yolu Azərbaycan vətəndaşlığını qəbul edərək bu ərazilərdə yaşamaq hüququ əldə etməkdir. Əks təqdirdə, Azərbaycan ərazisini tərk etməlidirlər. Azərbaycan öz qanunları ilə bunun qarşısını alacaq, öz ərazisində başqa dövlətin dilinin rəsmi dil olmasına icazə verməyəcək. İstər Rusiya, istər Amerika, istərsə də Fransa vətəndaşı olsun, qeyri-vətəndaş bizim ərazilərdə qanunsuz yaşaya bilməz. Hara vətəndaşı olursa-olsun… Birmənalı olaraq onlar dərk etməlidirlər ki, bu yolla heç nəyə nail ola bilməyəcəklər. Əvvəla bu gün o seperatçı qrupa rəhbərlik edənlərin hamısı Azərbaycan xalqına və dövlətinə qarşı ağır cinayətlər törədiblər. Onlar hər biri həbs olunub, layiqli cəzalarını almalıdırlar. Fikrimcə, ermənilər ilk öncə bu barədə düşünsünlər”.

E.Nəsirov qeyd edib ki, Rusiya kimi bir dövlət cinayətkarları himayə edib onlara bu cür şərait yaratmaz: “Xankəndidə ermənilərin rəsmi tanınmış qurumu yoxdur ki, onlar hansısa bir dilin birinci, hansınınsa ikinci dərəcəli dövlət dili olduğuna qərar versinlər. Sadəcə, bir dəstə cinayətkardırlar, ağıllarına gələn hərəkətləri edirlər. Hesab edirəm ki, Rusiya dövləti də buna imkan verməz. Çünki Rusiya ilə Azərbaycan arasında çox sıx tərəfdaşlıq münasibətləri mövcuddur. Bu əməkdaşlıq inkişaf edən xətt üzrə davam etdirilir”.

Qeyd: Ötən gün erməni separatçıları Xankəndidə “parlamentlərinin” iclasında rus dilinin ikinci dövlət dili elan olunması haqqında qərar qəbul ediblər.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …