Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Deputat ATƏT PA-da erməni təxribatlarından danışdı

Deputat ATƏT PA-da erməni təxribatlarından danışdı

ATƏT Parlament Assambleyası “COVID-19-un ATƏT regionundakı münaqişələrə təsiri” mövzusunda vebseminar keçirib.

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Əminə Ağazadə vebseminarda çıxış edib.

Deputat COVID-19 pandemiyasının beynəlxalq sülhün və təhlükəsizliyin qorunması işinə ciddi təsirlərinin olduğunu qeyd edib. Eyni zamanda, millət vəkili problemin mövcudluğunun ATƏT Parlament Assambleyasının beynəlxalq hüququn əsas norma və prinsiplərinin kobud şəkildə pozulmasına diqqətinin yayındırmamasını xüsusi olaraq vurğulayıb.

Əminə Ağazadə qeyd edib ki, COVID-19 pandemiyasına qarşı mübarizə siyasiləşdirilməməlidir: “Təəssüf ki, Ermənistan bu məsələni ATƏT-də siyasiləşdirir. Əgər Ermənistan Azərbaycanın münaqişəli ərazilərindəki mülki şəxslərin sağlamlıq vəziyyətindən narahatdırsa, bu ərazilərin sakinlərinin rifahı və təhlükəsizliyini siyasi məqsədləri üçün istifadə etməməlidir”.

ATƏT PA-dakı nümayəndə heyətinin üzvü atəşkəsin münaqişə tərəfləri arasında qarşılıqlı anlaşmaya nail olmaq və əsaslı sülh danışıqlarının qurulması üçün əsas şərt olduğunu qeyd edib.

“Təəssüflə deməliyik ki, son iki ayda baş verən hadisələr Ermənistanın eyni məqsədləri həyata keçirdiyini söyləməyə imkan vermir”.

Ə.Ağazadə son dövrlərdə Ermənistanın atəşkəs sazişinə etinasızlığını nümayiş etdirən və asanlıqla müşahidə olunan bir neçə faktı misal gətirərək bu həyəcanverici rəqəmlərin regional təhlükəsizliyə yaratdığı təhdidləri xüsusi olaraq qeyd edib. Belə ki, təkcə 2020-ci ilin mart-aprel aylarında Ermənistan tərəfindən pozuntularla əlaqədar 1502 hadisə (martda 777, apreldə 725) qeydə alınıb. Bundan başqa, 13 mayda Ermənistan tərəfi Azərbaycanın Qazax bölgəsindəki Abbasbəyli kəndini ağır pulemyot və snayper tüfəngləri ilə atəşə tutub, mülki evlərə ciddi ziyan dəyib.

Millət vəkili beynəlxalq birliyin və xüsusən də ATƏT Parlament Assambleyasının Ermənistana sivil beynəlxalq birliyin üzvü kimi vəzifələrini xatırlatmaq və Azərbaycanla konstruktiv dialoqda erkən iştirak etməyə çağırış etməsinin vacib olduğunu bildirib

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …