Ana səhifə / Siyasət / Deputat Arif Alışanovu “vurdu”

Deputat Arif Alışanovu “vurdu”

Deputat Qüdrət Həsənquliyev Azərbaycanda yeni ingilisdilli telekanalın açılmasını təklif edib. O, Milli Məclisdəki çıxışında qeyd edib ki, Rusiya, Qazaxıstan, Ukrayna, Çin, Yaponiyanın və əksər ölkələrin ingilisdilli telekanalları var və Azərbaycan həqiqətlərinin dünya ictimaiyətinə çatdırılması üçün belə bir telekanala ehtiyac var.
“Aztv-yə 32, İctimai televiziyaya isə təqribən 12 milyon manat vəsait ayırırıq. Bu televiziyaların da digər telekanallardan heç bir üstünlüyü yoxdur. Olmaz ki, biz həmin vəsaitlə o televiziyaların bazasında ingilis dilində xəbərlər proqramı yayan bir kanal açaq. Biz bu il turizmin təbliği ilə bağlı dünyanın aparıcı xəbər telekanallarında məlumatların yayılması üçün büdcədən milyonlarla vəsait ayırdıq. Həmin vəsaiti gələcəkdə xarici telekanallara deyil, öz televiziyalarımıza verərik. Həm də söylədiyim kimi Azərbaycan həqiqətlərini dünyaya yaya bilərik. Ona görə də düşünürəm ki, bu barədə Milli Məclisin müvafiq komitəsi ilə yanaşı müvafiq dövlət qurumları da düşünsələr və uyğuyn qərar qəbul etsələr daha yaxşı olar. Yəni prezidentin sərəncamlarını oxumağa görə, Aztv-ni saxlayıb, ora 32 milyon manat xərcləməyin heç bir əhəmiyyəti yoxdur. Onsuz o da o biri kanallar da şərəflə prezidentin səfərlərini də işıqlandırırlar, sərəncamlarını da yayırlar. Bilirsiniz ki, əvəllər prezidentin səfərlərində digər özəl televiziyalar da iştirak edirdilər. Yəni hesab edirəm ki, bu barədə düşünülməlidir və dövlət vəsaitindən daha səmərəli istifadə olunmalıdır. Ölkənin maraqları beynəlxalq aləmdə xüsusilə informasiya məsələləri ilə bağlı daha ciddi qorunmalıdır” – deyə deputat bildirib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …