Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Daş altındakı “5-ci kolon”çular: Təhlükəli ssenari…

Daş altındakı “5-ci kolon”çular: Təhlükəli ssenari…

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçmiş zabiti Ərəstun Oruclu şok bir iddia ilə çıxış edib. Onun sözlərinə görə, Rusiyada Azərbaycana qarşı böyük dəstələr yaradılıb.

O hətta bildirib ki, bu diversant dəstələri azərbaycanlılardan yaradılıb:

“Özümüzü aldatmayaq ki, azərbaycanlı bunu etməz. Tərtər hadisələri zamanı o vəhşilikləri azərbaycanlı zabitlərin törətdiyini unutmayın. Rusiyanın şəhərlərinin birində vaxtilə Azərbaycanın Müdafiə Nazirliyində yüksək vəzifədə xidmət etmiş, hətta bir mərhələdə az qala Azərbaycanın müdafiə naziri ola biləcək şəxs azərbaycanlıları toplayaraq xüsusi dəstələr yaradır. Onlara təlim keçirlər. Yerinə qədər bilirəm. Rusiyadan İrana da aparılır və orada da təlim keçirlər. İrandan səslənən çağırışları da bilirik. Ancaq sərhədi bağlamaq bu vəziyyəti çözürmü, təhlükəni sovuşdururmu? Xeyr, sovuşdurmur”.

Qeyd edək ki, Ərəstun Oruclunun bu sensaniyalı fikirləri gündəmi zəbt edib. O, uzun müddətdir açılmayan quru sərhədlərinin bu təhlükəyə görə bağlı qaldığını irəli sürüb.

Maraqlıdır, həqiqətən belə bir təhlükə varmı? Deyilənlər nə dərəcədə həqiqətə uyğundur? Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, deyilənlər inandırıcı görünmür:

“Yəni kiminsə ətrafına dəstə yığaraq Azərbaycana qarşı quru əməliyyatı keçirəcəyi real deyil. Hətta buna görə sərhədlərin bağlı qaldığını düşünmək də inandırıcı görünmür. Bu, sadəcə iddia ola bilər. Belə bir şeyin reallaşması da mümkün deyil. Ümumiyyətlə, bir dövlət başqa bir dövlətə qarşı hücuma keçir, amma istəyinə nail ola bilmir. Bu, real görünmür. Ola bilər ki, kiminsə belə iddiası var, Ərəstun Oruclu da bunu fakt kimi bilər bilər. Amma bunun nəticəsi və ya reallaşacağı heç inandırıcı deyil”.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …