Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / “Danışıqların uzanması növbəti müharibəyə səbəb ola bilər” – Beynəlxalq Böhran Qrupu

“Danışıqların uzanması növbəti müharibəyə səbəb ola bilər” – Beynəlxalq Böhran Qrupu

Sülh sazişinin imzalanmaması, danışıqları uzanması Ermənistanla Azərbaycan arasında böyük insan itkisiylə sonuclana biləcək yeni müharibəyə səbəb ola bilər.

Beynəlxalq Böhran Qrupu yanvarın 30-da açıqladığı hesabatda belə deyilir.

Hesabatda bildirilir ki, daha bir müharibə nəhəng insan itkiləri ilə sonuclanar, Avropa İttifaqı (Aİ), Rusiya və ABŞ-ın regionda gərginliyi azaltmaq niyyətinə zərbə vurar, onsuz da təlatümlü Avrasiyada sabitsizliyi gücləndirər.

Hesabatda deyilir ki, Ermənistan 2020-ci il münaqişəsindən sonra silah ehtiyatlarını yenidən doldurmağa çalışır.

“Bakının isə hərbi gücü və özünə inam var” – deyə, hesabatda vurğulanır.

Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …